TG

"FİTNƏ" - Quranı -Kərim-i 17dəqiqəyə təksib etmək!!!

"FITNA" Gert Wilders

Holland "politoloqu" Gert Vilders Qurani-Kərimlə bağlı 17 dəqiqəlik filmi cəkərək qlobal şəbəkəyə tullamışdır.

İran və İndoneziya hollandiyalı qanunvericinin Quranın zorakılıqlar yaratdığını dediyi filmi tənqid edib. İranın Xarici İşlər Nazirliyi filmin İslama və mədəniyyətə qarşı olduğunu bildirib və Avropa hökumətlərini filmin nümayiş etdirilməsini dayandırmağa çağırıb. İndoneziyanın Xarici İşlər Nazirliyi də filmin irqçilik müvzusunda olduğunu, azadlıq örtüyü altında çəkildiyini bildirib. “Fitnə” adlı bu filmdə Qurani-Kərimdən kəlamlar gətirilərək, Birləşmiş Ştatlara 2001-ci il sentyabrın 11-i hücumu da daxil edilməklə, terror hücumları nümayiş etdirilir.

http://www.azadliq.org/Article/2008/03/06/20080306141925057.html

Filmin rejissoru Gert Vilders deyib ki, filmdə əsas məqsəd artmaqda olan müsəlman mühacirlərə bütün Avropa boyu demokratiyanın dəyərini inandırmaqdır.

http://www.youtube.com/watch?v=Uccin1PYh38

FİKİRLƏRİNİZ????

P.S. Əfsuslar bu biabır "filmi" təqdim edə bilmədim.
Artiq saytlarda ban qoyulub.
Ola bilsin belə məsləhət olmağı daha yaxşı oldu!!!!

Tags: fitnə, qurani-kərim

Share

Reply to This

Replies to This Discussion

2 hissəyə bölünmüş filmə burada baxa bilərsiniz

Reply to This

Reply to This

İslamafobia anlayışının geniş vüsət aldığı bir dövrdə, məncə müsəlman dünyası öz daxilində təkmilləşmədikcə və mövcud problemlərin həll yollarını özü tapmadıqca, Qərbin bizi yanlış anlaması və yanlış təqdim etməsi də qaçınılmaz olacaqdır. Müsəlman dünyası öz haqqını müdafiə edərkən haqsız vəziyyətinə düşür. Qərbin üsullarını mənimsəyək demirəm, sadəcə bir qərbli üçün jihad anlayışının görünən yeganə nəticəsi terrorizmdirsə, biz yüzlərlə kitablar yazıb ictihadın əsl mahiyyəti haqqında moizələr oxusaq da, Qərb bizi fitnəkar adlandırmağa davam edəcək.

Reply to This

qozel fikirdi!
bildiyim qeder Fitne soznunu menasi - chaxnashma, toplanti....... duzdu?

Reply to This

Fitnə sözü ərəbcədən tərcümə etmək çox çətindir. Bu sözün mənası “nifaq, bölünmə, çaxnaşma və anarxiya” kimi bir sıra geniş məfhumları özündə birləşdirir. Tarixən bu söz İslamdakı fikir ayrılığı və bölünmələri təsvir etmək üçün istifadə olunub və daha çox dinin vahidliyinin sınağa çəkildiyi dönəmlərə aid edilir. Bu söz əvvəllər “metalın oksidasiya zamanı yaranmış artıq maddədən təmizlənməsi” mənasında işlədilib. Xilafət uğrunda aparılmış 656-661-ci illərdəki döyüşlərə 1-ci Fitnə, 683-685-ci illərdəki müharibəyə isə 2-ci Fitnə deyilir.

Quranda fitnə barəsində olan surə müxtəlif şəkildə izah olunduğundan, sözün kəsb etdiyi məna da çaşqınlıq doğurur. Dini ədəbiyyatda “ifrat mənəvi və psixoloji stress altında mömünin öz dinindən bütövlükdə ya da qismən keçməsi” kimi qələmə verilən bu söz Qərb tərəfindən radikal hesab olunan islamçılar tərəfindən “imansızların dinə (İslama) qaytarılması” uğrunda mübarizə borcu kimi şərh edilir.

Bir sıra Qərb alimlərinə görə isə fitnə anlayışı İslam quruluşlu ölkələrdə liberal demokratiyanın özünü doğrultmamasının əsas səbəblərindən biridir. Çünki, vahid imana və düşüncəyə əsaslanan xəlifəlik və ümmə sistemləri plurarizmin tələbləri ilə ziddiyyət təşkil edir.

Reply to This

Men bu sozun menasi baresinde bu qeder melumatli deylem.
Amma,
Bash vermish hadiseni anlamaq uchun mutleq onun adina fikir vermek lazmdi. Emelin ne kimi ad dashmasi onun qelechek yolunu mueyyen edir!
Nigar 10X

Reply to This

Geert Wilders'ə nə bəraət qazandırmaq, nə də onu ittiham etmək çətindir. Çünki ən azından ittiham yalnız Tanrıya məxsusdur. Onun fikrincə ölkəsi yalnız hollandlar üçündür və digərlərinin bura daxil olmasının qarşısı alınmalıdır. Wilders üçün Amsterdamın küçələrində qara çadralı qadınlari və uzun saqqallı kişiləri görmək ağırdır və bunu başa düşmək olar. Amma burda bele bir məsələ də var ki, axı əsrlər boyu gedən qloballaşma prosesini 17-18-ci əsrlərdə hollandların elə özləri sürətləndiriblər. Hollandlar Asiya və Amerikaya ekspansiya ediblər, mal-dövlət uğrunda yerli əhali ilə mübarizə aparıblar.

Reply to This

Bu film islam dinini ancaq bir nöqteyi nəzərdən - əvvəlcədən düşünülmüş, öz işğalçı və istismarçı siyasətinə xilaskar donu geyindirmək məqsədilə qıcıqlandırılmış avam fanatiklərin törətdikləri vəhşilikləri əsasında şərh edir. Belə götürdükdə xristian dininin keçmişində inkviziyanın törətdikləri vəhşliklərə də terrorizm adı vermək olar. İslam dinində cihad, xristianliqda isə xaç yürüşləri məncə analoji anlayışlardı. Gert Vildersi narahat edən vətənində müsəlmanların çoxalmasıdırsa, bunun səbəbi və hesabı onların vətənini müharibə meydanına çevirib mühacirət etmək məcburiyyəti qarşısında qoyanlardan soruşulmalıdır. Yəni heç kim kefindən vətənindən didərgin düşmür.
Amma yuxarıda deyilən fikirlə tamamilə razıyam ki, bu cür vəziyyətin aradan götürülməsi üçün əsas addımları məhz müsəlmanlar özləri atmalıdırlar.
Avropada müsəlmanların sayı həqiqətən artmaqdadır. Bu yaxınlarda izlədiyim bir verilişdə Londonda müsəlmanların sayının xeyli artdığı haqqında faktlar səsləndi. Hətta Londonda artıq xüsusiləşmiş və yalnız Halal məhsullar satılan xeyli mağaza var və əgər düzgün yadımda qalıbsa deyəsən bu cür məhsullara qanuni şəkildə xüsusi lisenziya, ya da fərqlənmə nişanı da verilir. Qeyd edim ki, veriliş pozitiv məna daşıyırdı.

Reply to This

TUTU-nun fikirleri musbetdir!
Bu hadisenin hech kim terefinden, Gert kimi minlerle xristian olsa da bele, qabaqi alinmaz prosesin qloballashmanin - inteqrasiyanin netichesi olaraq eks edilir!
Insanlarin miqrasiyasi olub ve olachaq- bu mutleqdir!
Avropa mensheli iqtisadchi - nezeryechi alimlerin hamisi inteqrasiyanin inkishafa aparmaqi baresinde defelerle yazblar, bu bir derslikdir!
Londonda Halal maqazalartin olmasi ise absurd deyil. I
nsan varsa medeniyyet var, medeniyyet varsa unsiyyet var, unsiyyet varsa artim var!

Fitnede Qurani - kerim pislenib derd budur, ve bu artiq son illerde 3-4 hadisedir mehz avropa dediyimiz mekanda!!!!
dushunmeye deyer!

Reply to This

Reply to This

Reply to This

:)

Reply to This

RSS

About

Admin Admin created this social network on Ning.

Reklam

Hava

Təqvim

© 2009   Created by Admin on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!