1 may Ümumdünya zəhmətkeşlər günüdür. Bu gün tarixə 1896-cı ildən düşüb. Belə ki, həmin gün Amerikada 350 min fəhlə hüquqlarının müdafiəsi üçün tətilə başlayıb. Azərbaycanda isə zəhmətkeşlər gününün qeyd edilməsi 1904-cü ilə təsadüf edir. Xatırladaq ki, həmin il aldıqları məvacibdən şikayətlənən Bibiheybət neftçiləri uzun müddətli tətilə başlayıblar. 1 may bayramı 1920-ci ildən etibarən 72 il ərzində qeyd olunub. 1992-ci ildən isə zəhmətkeşlər gününü keçirilməsi ləğv olunub./ANS/
Hazırda bu bayram dünyanın 142 ölkəsində qeyd olunur. Çində xalq 6 gün istirahət edir. Lakin Zəhmətkeş günü (Labour Day) dediyimiz bu gün müxtəlif ölkələrdə müxtəlif vaxtlar qeyd edilir. Məsələn: bu gün İrlandiyada mayın ilk bazar ertəsi günü, Avstraliyada əsasən martın ikinci bazar ertəsi, ABŞ və Kanadada sentyabrın ilk bazar ertəsi qeyd olunur.
Çox maraqlıdır ki, Bakıda hər dəfə 1 may günü hava bugünki kimi acınacaqlı olub. Bunu əvvəlki illərdə keçirilmiş paradları lentə almış materiallardan da görmək olar.
Bilirsən, 92-ci ildə çox böyük uzaqgörənlik göstərilib. Çünki, hələ bizə gələn mənbələrdən -- məsələn 12-ci əsrdə yaratmış Nizamidən "insan zəhmətlə ucalar" prinsipi nə qədər bu millətə yeridilməyə çalışılıbsa da amma effektiv olmayıb. Ona görə də, əməyin və ya zəhmətin tərənnümünə rəsmi olaraq son qoyulub ki, bir daha millətin başını kimsə ağrıtmasın.
bu gün hər zaman zəhmət verən gün olub. camaatı salıblar küçələrə, meydanlara, qışqırdıblar onları, ağır-ağır plakatları daşımağa, kimlərisə salamlamağa məcbur ediblər. indi isə bütün bunları etmirik. iş günü də olsa amma axşamçağı dostlarımızla vax edib, yığışaraq bu günü istədiyimiz kimi qeyd edə bilirik. beləliklə də biz 1mayın yox, 1 may bizim zəhmətimizi çəkir.
Mayın 1-i dünyanın onlarla ölkəsində zəhmətkeşlərin beynəlxalq müdafiəsi günü kimi qeyd olunur. Türkiyə hökuməti bu günün əmək bayramı kimi qeyd olunmasını qəbul etsə də, əhalinin meydanlara çıxıb hər hansı aksiya keçirməsinə icazə verməyib.
«Media forum» saytı xəbər verir ki, gün ərzində İnstanbulda küçələrə çıxıb nümayiş keçirmək istəyən şəxslərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib. İstanbulun Taksim meydanında quş uçurmağa belə imkan verməyən polis meydana girmək istəyən qrupların üstünə su və gözyaşardıcı qaz buraxaraq onların hərəkətinə mane olub.
Taksim meydanı istiqamətindəki küçələrdə də polis aksiya iştirakçılarına aman verməyib. Polislə qarşıdurma zamanı Ədalət və İnkişaf Partiyasının əməkçilərin düşməni olması haqda şüarlar səsləndirilib. İstanbulun başqa ərazilərində də gün ərzində polislə nümayişə çıxanlar arasında qarşıdurmalar olub.
Dünyanın digər ölkələrində keçirilən 1 May nümayişlərinin insidentsiz ötüşdüyü bildirilir.