Admin

Azərbaycan dünyanın ən xoşbəxt ölkələri siyahısında!

Tədqiqatçılar komandasının rəhbəri, ABŞ-ın Miçiqan universitetinin politoloqu Ronald İnqlhart Danimarkanın “xoşbəxtliyini” ölkənin dinc və varlı olması ilə əlaqələndirib: “Danimarka dünyanın ən varlı ölkəsi olmasa da, ən varlı ölkələrindən biridir”.

Danimarkanın “xoşbəxtlik” indeksi 4,24 təşkil edib. Onun ardınca Puerto-Riko, Kolumbiya, İslandiya, Şimali İrlandiya gəlir. ABŞ siyahıda 16-cı yeri tutur. Keçmiş sovet respublikalarının çoxu 97 ölkədən ibarət siyahıda axırıncı yerlərdən birini tutur. Məsələn, Rusiya və Gürcüstan 81-ci yeri bölüşüblər. Onların hər ikisi mənfi göstəriciyə malikdir (-1,01). Latviya (79-cü yer, -0,75), Litva (78-ci yer, -0,70), Estoniya (76-cı yer, -0,36) Rusiyanı azacıq qabaqlayıblar. Ukrayna, Belarus və Moldova geridədir. Ermənistan isə Zimbabve ilə bir yerdə siyahını tamamlayır. Keçmiş sovet respublikalarından ancaq Qırğızıstan (1,59) və Azərbaycan (0,13) müsbət göstəriciyə malikdir.

Mənfi göstərici ölkə əhalisinin özünü bədbəxt, müsbət göstərici isə xoşbəxt hiss etdiyini bildirir. Sorğuda 350 min adam iştirak edib. //lent.az

Share

Reply to This

Replies to This Discussion

Əgər lent.az-ın məlumatı doğrudursa, demək lazımdır ki, çox qəribə və təzadlı tədqiqatdır. Hərcmərclik içində boğulan yoxsul Kolumbiyanın Danimarka ilə bir cərgəyə qoyularaq, dünyanın ən xoşbəxt ölkələri siyahısında ABŞ-dan da irəliyə çıxarılması tədqiqatın ciddiliyini şübhə altına salır. Keçmiş sovet respublikalarına gəlincə, Estoniya və Litvanın mənfi göstərici ilə "bədbəxtlərin" sırasında olub, siyasi təlatümlərdən canını qurtara bilməyən Qırğızıstanın 1,59 müsbət indekslə ən xoşbəxt məmləkətlərin cərgəsində ən layiqli yerlərdən birini tutması bir yandan acı təbəssüm doğurur, o biri yandan isə tədqiqatın Azərbaycana aid göstəricisinə də şübhə etməyə insanı vadar edir.

Reply to This

Ümummilli Xöşbəxtlik (Gross National Happiness) indeksi həyatın keyfiyyəti üzərində qurulan və Ümummilli Məhsuldan fərqli olaraq daha psixoloji və spiritual xarakter daşıyır. Bu termin 1972-ci ildə Butan Kralı Jigme Singye Wangchuck tərəfindən istifadə edilib. Belə ki, dünya ictimaiyyəti onu ölkə iqtisadiyyatının zəif inkişaf etməsində günahlandırdığı halda, Kral ölkə əhalisinin antimeterial ruhlu Buddizm dininə mənsub olduğunu demiş və iqtisadiyyatın bu cür inkişafını qənaətbəxş hesab etmişdir.

Xalqımızın son vaxtlar maddi dəyərlərə daha çox önəm verdiyini nəzərə alaraq özünü qeyri-madddi (ruhi) xöşbəxt saymaması təbiidir.

Reply to This

Fikrimcə bu məlumat da bir çoxları kimi müəyyən məqsədlərə xidmət edir. O ki qaldı xoşbəxtliyə - onun konkret düsturu və ya kriteriləri olmalıdı ki, respondent vurub çıxsın xoşbəxtdi ya yox...

Reply to This

Bu tədqiqat başdan-başa cəfəng bir məlumatdır.Məncə hörmətli modarator belə qaynağı məlum olmayan bircə tək lent.az saytına əsaslanan belə tədqiqata şübhə ilə yanaşsaq daha düzgün olar.

Reply to This

Görünür moderator "qızıl mərkəz"i tapmaq istəyib.

Reply to This

Ola bilər.Amma mən onun qulağına deye biləm böyük bir etimalımı.Sakit, beleliklə məncə bu "prezident aparatı" tərəfdən gələn qaynaqdır...

Reply to This

Hamını salamlayıram. Şəbəkəmizə daxil etdiyimiz və müxtəlif agentliklərə istinadən yerləşdirilən xəbərlər yalnız və yalnız öz üzvlərimizin bura müzakirə olunacaq mövzuları çıxarmamasından irəli gəlir. Nəzərə alın ki, hər biriniz foruma sizi maraqlandıran mövzunu daxil etməkdə azadsınız. Shax'ın çıxardığı son mövzuya qatılan iştirakçıların sayı çox olduğu kimi, ümid edirik ki, hər birinizin mövzusu belə intensiv içtirakla müşaiyət olunacaqdır. Hamıya uğurlar!!!

Reply to This

Etiraza etiraz:
Məncə bu qəbildən olan sorğuların əhəmiyyəti verilən məlumatın və ya gəlinən nəticənin mütləqliyindən və ya həqiqiliyindən çox sorğu obyektinə müxtəlif cəhətlərdən yanaşmanın təşviqi baxımından son dərəcə düşündürücü olmasındadır. Məncə nəinki mücərrəd anlayışların, hətta konkret faktların belə qavranması, ifadəsi və şərhində belə ikililik və ya çoxfikirlilik qaçılmazdır. Bu mənada belə bir sorğunun bizdə doğurduğu yeganə təəssüratın şübhə və mühakimə olması yanaşma tərzimizin darlığına bir işarədir.
Xoşbəxtliyə dair söylənəcək nə az sözümüz var imiş????!!!!!!!!!

Reply to This

Azərbaycan əhalisinin dünyanın ən "xoşbəxt" vətəndaşları sırasında birinci cərgədə əyləşdiyini heç kim şübhə altına sala bilməz. Bizim "xoşbəxtliyimizin" gerçək yaxud mücərrəd olması barədə söylənəcək sözümüzün azlığından şikayət edən də yoxdur. Butan kralının öz avtoritar rejiminə qarşı yönələn ittihamlardan canını qurtarmaq üçün "xoşbəxtlik" fəlsəfəsini tərkidünyalıq düşüncəsi ilə əvəz etməsi təsadüfi deyil. Bu cərəyan yalnız Butanla məhdudlaşmayan bir cərəyandır. Avtoritar rejimlərim hökm sürdüyü bütün ölkə və cəmiyyətlərdə vəziyyət fərqli deyildir. Azərbaycanda azlıqda olan varlılarla əksəriyyətdə olan kasıb əhali arasında mövcud olan uçurum göz qabağındadır. Bu mənada "xoşbəxtlik" anlayışının qavranması sahəsində heç bir şikayətimiz yoxdur. Şikayəıtimiz lent.az-ın məlumatının şübhəli olub-olması ehtimali ilə bağlıdır ki,rəsmi mətbuatla yanaşı, üzdəniraq müstəqil mətbuatımıza inam olsaydı bu məlumata bu cür yanaşmazdıq. Nigar xanım haqlıdır, istər mücərrəd, istərsə də konkret faktların "qavranması, ifadəsi və şərhində ...ikililik və ya çoxfikirliliyin qaçılmaz" olduğuna dair fikrinə şəırikəm. Bəs xoşbəxtlik nədir? Faktları qavramaq üçün əvvəlcə bu sualı müzakirə edək, bu suala konkret cavab axtarıb tapaq. Azərbaycanın dünyanın ən xoşbəxt ölkələri sırasında olması və yaxud olmaması barədə irəli sürülən iddianı isə sonra müzakirə edərik. Xoşbəxtlik nədir?

Reply to This

Əvvəla onu bildirim ki, Ronald Inglehart haqqında burada, onun apardığı Dünya Dəyərləri adlı araşdırması haqqında isə daha ətraflı məlumat ala bilərsiniz.

O ki, qaldı xöşbəxtliyə...bu barədə H.Böllün yazıya aldığı yaşlı balıqçı ilə gənc jurnalistin sahildə apardığı söhbəti misal şəkmək istəyirəm. Sahildə mürgələyən balıqçının sükunətli xöşbəxtliyini pozan gənc jurnalistin sonradan bu xöşbəxtliyə qibtə etməsi çox ibrətamizdir.

Reply to This

Psixoloji yanaşma:

İlkin nəzəriyyələr: Buddaya görə xoşbəxtlik axtarışında əsas təyinedici və aparıcı olan ünsür ağıldır. Onun sözlərinə görə, əgər insan saf fikirlə hərəkət edərsə, xoşbəxtlik bir kölgə kimi daim onu izləyəcəkdir. Bu təlimə görə ağlın rolunu səkkizaddımlı yol kimi qiymətləndirmək olar. Bu yolda doğru fikir və doğru niyyət müdrikliyə, doğru nitq, doğru hərəkət və doğru yaşam etik davranışa, doğru cəhd, doğru təmkinlilik və doğru diqqət isə zehni intizama şamil edilir. Maraqlıdır ki, bu ifadələrdəki “doğru” sözü sanskritcədən tərcümədə “bütöv, tam, ardıcıl” mənalarını verir. Buddizmə görə, insan həyatında əzab və iztirabın çoxluğu arzuların mahiyyəti ilə birbaşa bağlıdır. Başqa sözlə, xoşbəxtlik material və hissi malikiyyət hissinin hüdudlarından xeyli kənarda, arzulamaq və ikrah hissindən imtina etməkdə gizlidir. Jainizm təliminə görə isə xoşbəxtlik və həzz duyğusu insan ruhunun təbii halıdır. Belə ki, ruh yalnız bütün qarışıqlıqlardan azad olduqda, yəni özünə qayıtdıqda bu xoşbəxtliyi və ehtizazı duya bilir.
Çin Konfuskizm məktəbinin nümayəndəsi olan Menkuis də xoşbəxtliyin açarını məhz insanın aşağı məni (psixoloji məni) ilə yuxarı məni (əxlaqi məni) arasında vasitəçi və tənzimləyici rolunu oynayan ağılda görürdü. Belə ki, o əsl xoşbəxtliyin yalnız yüksək ideallar və dəyərlərin mənimsənilməsi və tətbiqi ilə əldə edilə biləcəyinə inanırdı.

Pozitiv psixologiya: Müsbət psixologiya cərəyanının banilərindən biri sayılan Martin Seligman “Həqiqi xoşbəxtlik” adlı kitabında xoşbəxtliyin müsbət hisslər (vəcd, rahatlıq kimi) və müsbət fəaliyyətlərin (məşğuliyyət, hərəkət kimi) qarışımından ibarət olduğu fikrini irəli sürür. O, müsbət hissləri zaman etibarilə keçmişə, indiyə və gələcəyə aid edir. Keçmişə aid müsbət hisslər sırasına o, razılıq, məmnunluq, qürur və hüzur hisslərini daxil edir. Gələcəklə bağlı müsbət hisslər kimi nikbinlik, ümid və güvən duyğuları sadalanır. Bu bölgüyə əsasən, hazırki zamana aid müsbət emosiyalar isə zövq və həzz olaraq göstərilir. Zövq birbaşa xarici stimulla əlaqədə meydana çıxırsa, həzz duyğusu isə daha çox özünü məşğuliyyət, axıcılıq, özünəqapanmanın azalması hallarında biruzə verir. Bu mənada, zövq və həzz kök dəyərlər sistemi ilə tamamlandıqda əsl müsbət hisslərə çevrilir. Yaşam və iş tərzi, o cümlədən yaradıcı fəaliyyətlərlə möhkəmləndikdə bu meyl insanın həyat tərzinə sirayət edir. Ən dərin xoşbəxtlik hissi isə insanın öz fərdi və ilkin hədəflərini aşan ali məqsədlərə xidmət edən “mənalı həyatı” tapmasında gizlidir.


Mexaniki yanaşma:

Xoşbəxtliyin bioloji əsası: İnsanın xoşbəxtliyi fizioloji cəhətdən ölçüləbilən hesab olunur. Nevroloji elmlərin nailiyyətləri sayəsində insan beynində ifraz olunan hormonların ölçümü yolu ilə xoşbəxtliyin kəmiyyət baxımından nisbi dərəcəsini hesablamaq mümkün sayılır. Amma, heyvanlardan fərqli olaraq insanlarda xoşbəxtlik hormonlarının ifrazı bilavasitə ilkin ehtiyacların ödənilməsi ilə bağlı olmayıb, daha çox hansısa məqsəd və ya məqsədlərə nail olunması nəticəsində özünü bariz şəkildə göstərir.
Bir çox filosoflar bu fikirdədirlər ki, qısamüddətli məmnunluq və rahatlıq hissini təmin edən ünsürlər, uzun müddət sonra zərərli təsirə malik hallara gətirib çıxarırsa, insan yanıldıcı bir həzz hissinə qapılsa da, bu əsl xoşbəxtlik deyil. Buna misal kimi, nəticə etibarilə təbiətin və insan ruhunun bütövlüyünün korlanmasına gıtirib çıxaran texnoloji nailiyyətlərin insanlarda yaratdığı qisamüddətli rahatlıq hissinin xoşbəxtlik kimi təqdim edilməsini göstərmək olar. Bu mənada, klassik utilitarianism cərəyanı xoşbəxtliyin kəmiyyət etibarilə böyüdülməsi fikrinə əsaslanmışdır.
Aristotel belə fikirləşirdi ki, necə ki, balıq üzməklə, quş uçmaqla xoşbəxt olur, insanı da xoşbəxtliyə aparan əsas yol onu digər canlılardan fərqləndirən xüsusiyyətindən, yəni düşünmək və nəticə çıxarmaq qabiliyyətindən keçir. Aristotel belə bir qənaətdə idi ki, insanın siyasi səviyyəyə varan sosyal münasibətlər qurmağa qadir bir varlıq olduğu nəzərə alındıqda, bir professor və ya din xadiminə düşüncə həyatı, bir siyasətçi və ya hərbçi üçün isə siyasət həyatı qədər başqa heç nə xoşbəxtlik bəxş edə bilməz.
Bu mövzuda Aristotel ilə razılaşmayan Zuangzi bu fikirdə idi ki, insan düşünmə, mənalandırma və fərqləndirmə qabiliyyətinə malik olduğundan hər zaman qütbyönümlü davranaraq hansısa seçim edir və beləliklə də, bəzi şeyləri sevib, bəzilərini sevmədiyi üçün heyvanlardan fərqli olaraq azad sevmək qabiliyyətini itirir və xoşbəxt ola bilmir.


Mistik (dini, ruhi və mifoloji) yanaşma:

Mistik ənənələrdə, xüsusilə də, ruhi dərinlik baxımından inkişaf etmiş və geniş yayılmış bu tip ənənələrdə xoşbəxtlik insanın daxilindəki enerji xəttlərinin (insan ruhunun ən alt qatlarının) incə balansı kimi dəyərləndirilir. Belə ki, belə bir balansda iki sağ və sol enerji xəttinin birləşməsindın doğan üçüncü xətt texniki olaraq xoşbəxtlik adlanır. Mistik təlimlərə görə sağ və sol enerji xəttləri yuxu və oyanıqlıq, bədən və ağıl, fiziki və ruhi vəziyyət kimi insan fəaliyyətlərinin bütün cəhətlərini özündə birləşdirir. Bu iki xəttin balansı, yəni xoşbəxtlik xətti yaşam fəaliyyətlərinin ahəng içərisində həyata keçirilməsi yolu ilə əldə olunan sakitlik və hüzura verilən şərti addır.
Katolik dünyagörüşünə görə isə insan mövcudatının mahiyyəti sonda daimi xoşbəxtliyə qovuşmasındadır. Xoşbəxtliyin mərkəzi mövzu olduğu buddizmdə də məşhur səkkizaddımlı yolu qət etməklə Nirvanaya, əbədi səadətə qovuşulacağı vəd olunur. Üstəlik, buddizmə görə bu xoşbəxtlik yalnız bütün dünyəvi arzular uöurla dəf edildiyində əldə oluna bilər. Bununla yanaşı, buddizm insanlara mərhəmət və şəvqət hissini təlqin və təşviq edir ki, burada da söhbət əsasən başqalarının xoşbəxtliyi üçün çalışmaqdan gedir.
Xoşbəxtliyin bütövlükdə müxtəlif ünsürlər, hallar və hadisələrlə əlaqəsi son zamanlarda çoxsaylı elmi məqalələrin müzakirə mövzusu olmuşdur. Bir çox müşahidələr göstərmişdir ki, həyat sadələşdirildikdə və maddi malikiyyət duyğusu təminat hüdudları səviyyəsinə endirildikdə, xoşbəxtliyə gedən yol da xeyli qısalmış olur.


Dünya üzrə xoşbəxtlik:

Həyatından Razılıq İndeksi dünyanın müxtəlif ölkələrində fərdi sorğular əsasında tərtib edilmiş orta xoşbəxtlik göstəricisi kimi qəbul olunmuşdur. (Bu sıralamaya görə Azərbaycan 178 ölkə arasında 144-cü yerdə dayanır). Bu dəyərləndirmənin nəticələri mütləq hesab olunmasa da, ənənəvi adambaşına düşən gəlir və ya ümumdaxili milli məhsul ölçülərinə əsaslanan xoşbəxtlik meyarlarından daha inandırıcı olduğu söylənilir.
Xoşbəxtlik üzrə dünyada müxtəlif sosioloqlar tərəfindən irəli sürülmüş müəyyən dəyərləndirmə üsulları mövcuddur ki, bunlardan Xoşbət Həyat İlləri İndeksi, Xoşbəxt Planet İndeksi, Ümummilli Xoşbəxtlik İndeksi, Keyfiyyətli Həyat İndeksinin adlarını çəkmək olar. Bu dəyərləndirmələrdə xoşbəxtlik meyarı kimi götürülən şərti əmsal daha çox sağlamlıq, uzunömürlülük, təhsil imkanları, maddi mənbələr, sərvət, özünüifadə, ətraf mühitin təsiri kimi amillərlə nisbətdə təyin edilir.
Xoşbəxtlik və iqtisadiyyat: Ənənəvi olaraq, hər bir ölkədə adambaşına düşən gəlir və ya ümumdaxili milli məhsul ölçüləri müvəffəqiyyətli idarəçiliyin əsas meyarları kimi qiymətləndirilmişdir. Halbuki, zəngin ölkələrdə yaşayan insanlar kasıb ölkələrlə müqayisədə ümumilkdə daha xoşbəxt hesab olunsalar da, son araşdırmalar göstərir ki, fərdi xoşbəxtlik və iqtisadi göstəricilər arasındakı bağlantı düşünüldüyü kimi sıx deyil.



Xoşbəxtliyin təkanverici səbəbləri - elmi tədqiqatlar:

Xoşbəxtliyə dair aparılmış bir sıra müşahidələr, müxtəlif sorğular və araşdırmalar nəticəsində tədqiqatçılar aşağıdakı ümumi mülahizələri irəli sürmüşlər:
1. İnsan xoşbəxtliyinin təqribən 50%-i onun genlərindən asılıdır. Bu qənaətə ekizlər üzərində aparılan müşahidələr nəticəsində gəlinib. Belə ki, bu fikrə əsasən, bir-birindən tamamilə ayrı mühitlərdə olan ekizlərin hiss etdikləri müsbət duyğuların təxminən 50%-ində qeyri-adi bir bənzərlik olur.
2. Xoşbəxtliyin 10-15%-i dəyişkən amillərlə bağlıdır. Buraya sosial-iqtisadi status, evlilik vəziyyəti, sağlamlıq, gəlir səviyyəsi və s. daxildir.
3. Qalan nisbət isə ölçülə, dəyərləndirilə və adlandırıla bilinməyən səbəblərlə əlaqələndirilir. Bu “izaholunmayan dəyişkən” müxtəlif cür izah olunur.




Dindarlıq və xoşbəxtlik:

Dindar insanların dindar olmayan şəxslərlə müqayisədə daha xoşbəxt və daha az stressli həyat yaşadıqları fikri son zamanlarda bu istiqamətdə aparılan sosioloji və psixoloji araşdırmalara yeni bir təkan vermişdir. Gallup Tədqiqat Mərkəzi bu nəticəyə gəlmişdir ki, dindar insanlarda xoşbəxtliyi duyma və yaşama qabiliyyəti dindən uzaq insanlara nisbətən 2 dəfə daha çoxdur. 200-dən çox sosioloji təhlilin nəticəsi olaraq bu qənaətə gəlinmişdir ki, dindar insanlarda nəinki depresiya, narkotik madələrdən istifadə və intihar halları daha az özünü biruzə verir, eyni zamanda fərdin məmnunluq və razılıq hissi də daha çox olur.
Klinik araşdırmalar göstərmişdir ki, dini fəaliyyət insanın zehni və ruhi sağlamlığına müsbət təsir göstərir, eyni zamanda xoşbəxtlik üçün zəruri hesab olunan özünüdəyərləndirmə, müsbət düşüncə və inamı artırmağa kömək edir.

Reply to This

Təşəkkürlər Nigar. Bu çox gözəl araşdırmadır. Din ilə xöşbəxtliyin münasibətləri məndə bir fikir oyatdı: Müsəlman aləminə fikir verdikdə sanki bir biganəlik və arxayınlıq abu-havasının mövcud olduğu hiss olunur. İnsanlar tələsmirlər, sakitdirlər, rahat-rahat çaylarını içirlər, yeməklərini yeyirlər, həyatlarından məmnundurlar. Əksər müsəlman ölkələrində insanlar bir-biri ilə maddiyata görə (avtomobil, ev və s.) mübahisə etməz əvəzində qarşı tərəfdən də bunu tələb edərlər. Əgər siz Qahirədə kiminsə avtomobilini vurmusunuzsa bu avtomobil sahibinə xoş sözlər və səmimi üzrxaxlıq söyləməklə məsələni asanlıqla yoluna qoya bilərsiniz.

Reply to This

RSS

About

Admin Admin created this social network on Ning.

Reklam

Hava

Təqvim

© 2009   Created by Admin on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!