Manca Insanin Kimligi cox chalishdigi yer va ya ishinan elagasi yoxdu.bir da ki ayar bir insan dogrudan ozunun kim oldugunu taniya onda coxli problem lar cozular .
Salam.Butun yazilanlari oxudum.Mence en vacib olan hansisa ixtisas sahibi olmaq deyil.Vacib olan sevdiyin isi gormekdir.Eger sen cok yuksek bir vezife sahibisen ama ise gedende sixilirsansa o isin senin ucun hec bir menasi yokdu.Qisacasi vacib olan sevdiyin isi gormekdir.
P.S. Muhasib isleyirem ama ADIU-de Iqtisadiyyatin dovlet tenzimlenmesi uzre magistr tehsili aliram
Bu mövzuya belə çox cavab gəlməsi öz-özlüyündə insanların ixtisaslarında kimlik duyğusuna xas ünsürlər axtardığı və ya ixtisas seçimində öz kimliklərinin axtarışında olduqları faktını bir daha təsdiqləyir. Sualın qoyuluşundakı təsadüfü və ya qeyri-ixtiyari üslubi səhv də ( Siz ixtisasca nəçisiniz yox, kimsiniz?) bu fikrə dəlalət etməsi baxımından çox maraqlıdır. Amma, ixtisasmı kimliyi təyin edir yoxsa bu təsir özünü əks istiqamətdəmi büruzə verir, bu sual mübahisəyə açıqdır. Üstəlik, mövcud təhsil, təlim və tərbiyə sisteminin insanın fərdi istedadları və səciyyəvi xüsusiyyətlərinin düzgün ixtisasa istiqamətləndirilməsində yönəldici rol oynamadığı nəzərə alındıqda, bu sual daha da qəlizləşir.
Sualın cavabına gəldikdə isə, mənim ixtisasım yoxdur. Çünki, mən hansısa xüsusi ixtisasa xas məxsusi xüsusiyyətləri mütəxəssis səviyyəsində bilmirəm. Bu cümlədə eyni kökdən ("xas") altı söz işlətdiyimə görə dilçilik sahəsi üzrə təhsil aldığım yəqin anlaşılıb. Amma, dilçi olmaq insana sözlərin sətraltı mənalarını düşünməyi öyrədir. Buna görə də, mənim ixtisasım hələ ki, yoxdur. Amma, dilçi-kulturoloq ixtisasına yiyələnmək istədiyimi bilirəm.
Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsini bitirmişəm, ixtisasca Avropaşünasam, RİTN-də ixtisasıma ən uyğun olan şöbədə işləyirəm.
Mövzuda ativlik göstərən istifadəçilərə dərin minnətdarlıqla növbəti SUALımı vermək istərdim:
Sizin üçün hansı üstündür?
- Maddi cəhətdən daha yüksək olan lakin ixtisasınıza uyğun olmayan və zövq almadığınız bir fəaliyyət;
- yoxsa uzun illər zəhmət çəkərək yiyələndiyiniz və sevdiyiniz ixtisas üzrə daha az qiymətləndirilən iş?
Seçim qarşısında hansını seçərdiniz?
Shax cox aktual suadir:))) mana ela galir ki, san sevmadiyin isla masqul olduqun taqdirda hech vaxt ugur qazana bilmayacaqsan. Asas sevdiyin isla masqul olmaqdir, naqadar catin olsada.
indiki dövrdə əsas uğur pul ekvivalenti ilə ölçülür çox vaxt... Bu baxımdan Sizinlə razı deyiləm sevmədiyim işlə məğul olub daha çox qazana bilərəm nəinki sevdiyimlə... Yox əgər söhbət mənəvi və digər dəyərlərdən gedirsə, heç də həmişə sevimli işlə məşğul olub uğur qazanmaq olmur...