Son illər Azərbaycanın cənub bölgəsində dərviş toyu edənlərin sayı artıb. Bu toylara «islam toyları» da deyirlər. Oğlan toyu ilə qız toyu ayrı-ayrılıqda keçirilir. Oğlan toyunda əsasən kişilər iştirak edirlər. Qadınlar toyda baş örtuklə əyləşirlər. Oğlan toyunda kişilər, qız toyunda isə qadınlar dərvişlik edir. Bu toylarda ənənəvi müsiqi alətlərinin çalınması qadağandır. Toylarda peyğəmbərə həsr olunmuş qəzəllər deyilir, şeirlər səslənir.

Dərviş toylarını əsasən dindarlar, İranda və digər müsəlman ölkələrində dini təhsil almış gənclər edirlər. Bunların arasında Azərbaycanda və Avropada ali təhsil almış gənclərə də təsadüf edilir. Toyu adətən Bakı şəhərinin Nardaran kəndindən olan «Əhli Beyt» qrupu aparır.

Bu yaxınlarda oğluna dərviş toyu etmiş Hacı Müslüm Əliyev deyir ki, bu toylar heç də adət-ənənəmizə zidd deyil.

Dərviş toylarında spirtli içki olmur. Burada artıq hərəkətlərə yol verilmir. Hacı Müslüm Əliyevin sözlərinə görə, dərviş toyları gənclərin istəyi ilə həyata keçirilir:

«O biri toylardan əsas fərq nədir? İçkinin olmaması. İçki olan məclisdə heç kim bir-birini eşitmir. Amma dərviş toylarında belə deyil. Allah, peyğəmbər haqqında söhbətlər edilir».

Astara rayon Ərçivan kənd məscidinin axundu Orucəli Seyidov da dərviş toylarını bəyəndiyini söyləyir. Onun dediyinə görə, dərviş toyu islam toyudur:

«Dərviş toyları islamda ən bəyənilmiş toydur. Zurna-balaban islamda haramdır. Mən bunu bəyənirəm».

Şair Şahverən Cavad isə belə hesab edir ki, dərviş toyları kənardan gəlmədir və bu, adət-ənənəmizə kölgə salır:

«Dərviş toylarının bu gün yayılmasının bizə məlum olmayan müəyyən səbəbləri var».

O deyir ki, min illər boyu yol qət edərək bu günə çatmış toy adətlərimiz bizə doğmadır:

«Bizim toylarımızda olan şənlik, sevinc, qələbəlik həmin toylarda olmur».

Şahverən Cavad deyir ki, belə toylarda spirtli içkinin verilməsi məsələsi toy sahibinin özündən asılıdır. Toylarda dini məsələləri ortaya qoymaq da yaxşı hal deyil:

«Bunun üçün məscidlər var».

O, hesab edir ki, dərviş toyları müəyyən dairələrin şəxsi mənafeləri ilə əlaqədardır.

YUNESKO-nun Muzeylər Şurasının həqiqi üzvü, etnoqraf Əfqan Şəfiyevin dediyinə görə, dərviş toylarının keçirilməsi sifarişi xarici ölkələrdən gəlir. O, sual edir ki, belə toylar müsəlmanlara xasdırsa, bəs nə üçün İranda keçirilmir? Orada dərviş toları olmur. İran azərbaycanlıları toyu adət-ənənələrə uyğun şəkildə keçirirlər:

«Adını islam toyu qoyurlar, əslində isə orda islam üçün əhəmiyyəti olan heç bir şey yoxdur».

Ə.Şəfiyev deyir ki, dərviş toyları daha çox şiəliyi təbliğ edir.

Dərviş toyları əsasən Masallı, Lənkəran və Astara rayonlarında keçirilir. İl ərzində bu üç rayonda dörd minə yaxın nikah bağlanır. Nikah bağlayanların əksəriyyəti el adəti ilə toy etsə də, dərviş toylarına üstünlük verənlər də az deyil. //azadliq.org

Share

Reply to This

Replies to This Discussion

İslam ölkələrindəki islam alimləri belə "islami" nə deməkdir sualına cavab axtarışlarında yüzillərdir irəli sürdükləri mülahizələrdə ortaq məxrəcə gəlməkdə acizkən, tarixən milli adət-ənənələrin hakim olduöu Azərbaycanda xüsusilə ictimai müzakirə mövzusu təşkil edən hər bir məsələyə dini cəhətin və amilin gətirilməsi, mənəvi bütövlük baxımından nəinki bölücü və dağıdıcıdır, həm də siyasi gələcyimiz baxımından son dərəcə təhlükəlidir.
Dini dözümlülük ünsürləri ilə öyündüyümüz cəmiyyətimizdə ictimai zəmində mənəvi parçalanmanı və müasir müsəlman dünyasının üzləşdiyi qarşıdurmanın təkrarının yaşanmasını önləmək istəyiriksə, Azərbaycanı tarixi beynəlxalq əlaqələr kontekstində təhrikedici elmi terminologiya ilə təqdim etməkdən tutmuş gündəlik sosial-məişət müzakirələrimizə dini don ya da pərdə geyindirməyə qədər bir sıra "düşünülməmiş addımlarımızdan" vaz keçməliyik. Əks halda "qaşınmayan yerdən qan çıxaracağıq".
Əbəs yerə deyil ki, BMT kimi mötəbər bir qurum belə Azərbaycanda dini azlıqların vəziyyətinə dair dərc etdiyi illik hesabatda ölkəmizdəki sələfilər və vahabilər kimi bir sıra dini qruplaşmaları radikallaşmağa meyilli kimi təsvir etməkdə mübaliğədən gen-bol istifadə edir və yaxud da ki, islamafobianın geniş vüsət aldığı Qərb dünyasının aparıcı qüvvələri Azərbaycanda dini təriqətçilik münaqişələrinin mövcud olmadığını bildikləri halda nümunəvi müsəlman ölkəsi ünvanı ilə ölkəmizə tərif yağdırarkən bizə "Şiyə Azərbaycanı" deyərək müraciət etməyə üstünlük verir.
Nə düşünüdürücüdür ki, biz "düşünülmüş addımlar" barədə heç düşünmək belə istəmirik...sadəcə bədahətən davranmaqla "düşünüdüyümüzə" inandırırıq özümüzü.

Reply to This

Qeribedi amma men bu qun movzu ile baqli seher ishe qelende radioda diskusiyaya qulaq asdim. Radio azadliq-azerbaycanda.
men bir balacha bu movzunu yan kechmeye chalishiram. bu meseleni hesab edirem xalqin oz isteyine buraxmaq olmaz. dovlet qurumu var! Oz mudaxilesini etmelidir......
xalqin her bir addimini tenzimlemek lazmdir, tenzimlemek ve nezaret etmey... yandan!

Reply to This

Son vaxtların yüksək səs-küylü, gətir-götür toylarımızın fonunda daha çox söz məclisinin və səssizliyin üstünlük təşkil etdiyi bu toyların sanki şablon mərasimlərdən bezmiş və müəyyən qədər qulaq və gözün hələ də öyrəşə bilmədiyi mühitə uyğunlaşmağa çalışan insanların təşəbbüsü məncə qismən tərifə layiqdir.

Misirdə olduğum vaxtlarda elə olub ki, bir neçə dəfə toyların şahidi olmuşam. Hər şey bizdəki kimi. Amma həm səs-küy, həm yemək-içmək daha az, xoşa gələn səviyyədə, israfçılığa yol vermədən. Ərəblərin özləri toyu şən keçirməyi xoşlayırlar.

Sabah bura Əzim Əzimzadənin "Varlı evində toy" və "Kasıb evində toy" əsərlərini yerləşdirəcəm. Bunlar sənədli əsərlərdir və yaxın keçmişimizi əks etdirir.

Reply to This

He bu duz soze ne deyesen!
Israfchiliq var, ozude en eybecher formada! Hesab edirem bu gunahdir, amma realliqdir!
Bilirsiz bu chox hessas movzudur. Ne qeder insan varsa o qeder fikir var! Istenilen movzuda bu beledir. Mende bezi toylardan sonra bele bir fikir oyanir ki, bizim toylarda bash veren bezi hadiselere veto qoymaq lazmdir. ne ise standart bir qebilden chixish etmek lazmdir ki, ferqlilik ve israfchiliq biruze vermesin. Kutle ferqli ola biuler, bu toyun koloritidir amma umumi struktur qurulushu eyni olmalidir. Toy edenler ferqlilik dalincha qachirlar! chetindi bilirem...... teklifim:
Toy neche olmalidir?
P/S/ Muqennileri ise qilyatinadan kechirmek:)

Reply to This

Salam. Azərbaycan dövlətinin hüquqi dövlət olma yolunu seçməsi insanlara onlara hüquq və azadlıqları doğrultusunda yaşamasına imkan verir. dövlətin hüquq siyasəti bu hüquqların reallaşdırılmasının təminatçısıdır. Konstiutusiya görə insanların vicdan azadlığı var və hər kəs özünün etiqad etdiyi dinin və ya hər hansı bir fikrin tələblərinə uyğun şəkildə yaşamağa haqlıdır. Bu baxımdan əgər bir xristian öz toy məclisini xristian dininin ehkamlarına nəzərən formalaşdırırsa bu onun hüququdur və bu istəyin məhdudlaşdırılması hüquq pozuntusudur. Bu islam inanacını yaşayan müsəlmanlar üçün də qəbul edilən bir düşüncədir. Nəticə etibarı ilə adət- ənənəni əsas gətirərək insanların hüquqlarının məhdudlaşdırılması yol verilməzdir. Yəni öz toy məclisini hansı əsasllara görə müəyyən etməsi şəxsin seçimidir və şəxs bu seçimi həyata keçirməkdə sərbəstdir.

Reply to This

Söz verdiyim kimi Əzimzadənin "Varlı evində toy" və "Kasıb evində toy" əsərlərini yerləşdirdim. Əsərlərlə yaxından tanış olmaq istəyənlər İncəsənət Muzeyinə müraciət edə bilərlə. Gördüyünüz kimi sənətkar "toy" deyəndə bizim başa düşdüyümüz "qız toyu"nu nəzərdə tutub. O, qız toyu ki, kiçik çocuklar və ağsaqqallardan başqa kişi xeylağının iştirakına imkan vermir. Kişi məclislərinə qadınların daxil ola bilməməsi kimi. Seperatizm tərəfdarı olmasam da, lakin yüzilliklər öncə toyların bu tərzdə keçməsini bəyənirəm. Uzun illər sovet kollektivizmi xeyir-şər məclislərində kişi və qadınları bir araya gətirməyə çalışıb, lakin alınmayıb. Ən azından müasir toylarımıza baxdıqda bunun şahidi ola bilərik. Adətən toy başlayandan bir saaat sonra nə baş verir? Kişilər çıxırlar foyeyə və başlayırlar bir-birləri ilə ordan-burdan danışmağa. Kimi özünə yeni qohum axtarır, kimi də biznes imkanları; əksəriyyət üçün də foyedə lənətə qalmış siqaret çəkmək azadlığı. Deməli kişilər qruplaşdı. Elə bu zaman da qadınlar qruplaşır. Axı onların da danışmağa mövzuları var. Bəlkə kişilərdən fərqli olaraq daha çox və aktual.

Reply to This

Salam Azerbaycanin medeni,agilli,intelektual ve bir az da dini kutlesi !!
Her birinizin fikri cox deyerlidir. Amma bezi yoldashlarin fikrini basha dushmek ucun insan en azindan edebiyyatci olmalidir. :)
Eslinde "dervish toyu" deyilishi duz deyil., ve sher-qezellerle (deyishme) olan toylari dini toylar silsilesine aid etmezdim..
Dini toylarda ishtirak etmesemde buna qarshi da deyilem.
Sadece bu cur toylara alishmadigimiz ucun bu bize yad gelir.
Mence son zamanlar heddini ashmish tem teraqli (israfla ve haramla dolu) toylardan ferqli olaraq dini toylarimiz bizim kecmish adetlerimize daha yaxindir.
Eger bu toylarda icki icilmir (ara qarishib menseb itmirse) eksine orada Allah tealanin kelamlari seslenirse mence bu heyata addim atan cutluk ucun daha xeyirli ola biler.
Qutsi hedisde Allah teala buyurur: Kim en gozel meclislerinde meni zikr edib yada salarsa men de ondan daha gozel meclisde (meleklerin meclisinde) onu yada salaram. (sehihdir.)

Reply to This

RSS

About

Admin Admin created this social network on Ning.

Reklam

Hava

Təqvim

© 2009   Created by Admin on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!