XX əsrin məhşur sənətkarlarından Pablo Pikassonun kubizm və simvolizm cərayanında yaratdığı əsərlər dünyada çox populyardır və auksionlarda ağla gəlməz məbləğdə dəyərləndirilir. Onun fırçasına məxsus “Gernika” tablosu bəlkə də sənətkarın ən yüksək qiymətləndirilən əsərlərindəndir. Aşağıda gördüyünüz bu əsər çox mürəkkəbdir. Elə onun ölçüləri də kimik deyil (eni 3,5 m uzunu isə 7,8 m). Bəs əsərin mövzusu nədir? Deməli, 1937-ci ilin aprelində alman nasistlərinin 28 qırıcısı İspaniyanın şimalında yerləşən Gernika (Guernica) şəhərinin üzərindən uçarkən ora bonba yağdırıblar və nəticədə ortalama 1500 nəfər həlak olub və 800 nəfər yaralanıb. Yəni, qısaca, hadisə o vaxtlar tam yenicə qızışmağa başlayan II Dünya Müharibəsinin dəsti-xəttinə uyğun şəkildə həyata keçirilib. Pikasso da dərhal əlinə fırçasını alır və bu “Gernika” (yəni, şəhərin adı) əsərini yaradır. Müharibədən sonra əsər dünyanın əksər ölkələrində sərgilənir. BMT yaranandan “Gernika”nın divar boyu çəkilmiş surəti Təhlükəsizlik Şurasını girişini bəzəyib. İndiyənə kimi ona milyonlarla adam baxıb. Bu seyr edənlərin ən azından 10%-i əsərin yaranma tarixi ilə tanış olublar və Gernika şəhərinin necə təcavüzə məruz qalması barədə əlavə məlumatlar da toplayıb yaddaşlarında saxlayıblar.
İndi təsəvvür edin ki, Xocalı faciəsi təsvir olunmuş, super modern üslubda və eni 10 m uzunluğu da 20 m olan əsəri Azərbaycanda qismən tanınan rəssam - Mamed yaradır. Aparırıq bütün dünyaya göstəririk və camaata Xocalı fəlakəti haqqında məlumat verməyə çalışırıq. Onlar da bizə qayıdıb deyərlər ki, biz Mamed adında rəssam tanımırıq, Xocalını da tembolee. Onda yəgin biz düşünərdik ki, kaşki Pikasso sağ olaydı və bizim üçün bir “Xocalı” əsəri yaradaydı.
Permalink Reply by Nigar on February 22, 2008 at 11:13am
Məhz buna görə də məncə biz əgər beynəlxalq mənada tanınmaq və öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq istəyiriksə, ilk öncə bir fərd olaraq, sonra vətəndaş kimi öz inkişafımıza kimlərləsə müqaisədə qiymət verməkdən, "bostanımıza atılna hər daşın" davasını aparmaqdan, özümüzü "qurban" kimi göstərməkdən uzaqlaşıb, tarixən buraxdığımız səhvləri və uğradığımız haqsızlıqları unutmadan keçmişimizlə barışaraq məğrur və özünə inamlı mövqe nümayiş etdirməyi öyrənməliyik.
Belə bir ritorik sual: Sizcə Pikasso, əslində insani duyğularından bəhrələnərək yaratdığı "Gernika" əsərinə bir sənət əsəri kimi yanaşmasa, sənəti sadəcə Gernika hadisəsinə diqqət çəkmək üçün təsiredici bir vasitəyə çevirsə, milyonlarca insanın duyğularına xitab edə bilərdimi?
Məncə biz bəzən şüurlu ya da şüuraltı surətdə məqsədə çatmaq üçün seçdiyimiz vasitələrin qurbanına çevrilirik.
Gernikada baş vermiş hadisələr yüzlərlədir. Amma Pikasso və onun "Gernika"sı təkdir və təkrar olunmasına da ehtiyac yoxdur. Pikasso bu əsəri yaradanda onun yaşı əllini keçmişdir və Avropada da artıq öz sözünü demişdi. Bu halda onun Gernikada baş vermiş hadisələrə münasibəti təbii ki, konkret İspaniya qarşı olan təcavüzdən ibarət deyildi. Bu daha qlobal - müharibəyə qarşı olan çağırış idi.
Əvvəllər BMT-nin Təhlükəsizlik Şurasında keçirilmiş iclaslarda iştirak edən nümayəndələr mətbuata açıqlamanı divar boyu çəkilmiş "Gernika" fonunda verirdilər. Deyilənə görə fotoqraflar və jurnalistlər müsahiblərin arxa fonla qarışdığını bildiridikdən sonra divarın üzərini tünd pərdə ilə bağlayıblar. Amma diplomatların dediyinə görə isə əsl səbəb ABŞ-ın İraqa girməklə əlaqədar BMT də israrlı davranışı və bununla əlaqədar məhz həmin foyedə verdikləri mətbuat açıqlamaları olub)))
Австрийский музей решил купить во Франции картину известного художника. Подлинность ее была подтверждена компетентными экспертами. В их присутствии нотариус поставил на обратной стороне холста печать, удостоверяющую подлинность.
В австрийском музее, куда со всеми предосторожностями она была доставлена, провели повторную экспертизу, и оказалось, что картина – подделка!
Сыщики проанализировали ситуацию. Оказалось, что группа французских экспертов правильно установила, что картина – подлинник. Печать нотариуса тоже не была скопирована.
Как же произошла подмена? Есть версии?
Было использовано два полотна: под настоящую картину подкладывалась копия, на которой нотариус ставил печать, снаружи же была настоящая картина, подлинность которой и установили эксперты.
PİCASSO değişik bir ressamdı.
1907'den 1914'e kadar kübist olarak adlandırılan tarzda tablolar yapar. Kübist tabloların genel özelliği, geometri ve geometrik şekillerin kullanılmasıdır. Resmedilen nesneler geometrik formlar oluşturacak şekilde basitleştirilmiş yahut geometrik şekillere bölünmüştür. Kübizmin bir diğer özelliği de uzaydaki(3 boyutlu) bir cismi iki boyutlu yüzeye aktarma çabasıdır. Bu amaçla Picasso, şekilleri yanal yüzeylerine bölüştürüp her birini iki boyutlu yüzeyde göstermeye çalışır. Yine bu nedenden portrelerindeki insanların hem profili hem de önden görünüşü görülmektedir.
pikasso resin sanatı adına bir ekoldür.
pikasso yaşamı süresince 13,500 resim,
100.000 baskı,
34.000 kitap resmi ve 300 heykel yapmıştır.
üretmek buna denir sanırım.
güzel konun için teşekkür ederim rüfat gardaşım.....
eyvallah...
Permalink Reply by Tutu on February 25, 2008 at 12:38pm
Pikasso "Guernica"-nı yaratdı və bütün dünyaya bu şəhərdə baş verən faciəni tanıtdı. Məncə Pikasso-ya bu əsəri yaratmaqda ilham verən əsas məqam məhz bu şəhərin rəssamın vətəninin bir hissəsi olması idi. Yəni rəsm əsərinin vətənpərvərlik hissindən (hərcənd əsəri yaradarkən Pikassonun hansı hisslər keçirdiyini heç kim dəqiq deyə bilməz) ilhamlanaraq yaratmışdır. Məhz buna görə fikrimcə Xocalıya həsr olunmuş tablonu azərbaycanlı Mamed yaratsa daha təsirli olar, nəinki başqası.
Təbii ki, Xocalı faciəsini Mameddən başqa bir adam təsirli yarada bilməz. Amma biz özümüz Mamedə nə dərəcə dəstək ola bilir ki, o dünya səviyyəəsinə çıxsın və qismən beynəlxalq yaddaşlarda qalsın. Sual budur.