Gunay

Dünyanın ən xoşbəxt ölkələri - 2008

Mənim üçün maraqlı olduğuna görə sizlərlə bölüşmək istədim.
“World Value Survey” fondunun sosial tədqiqatın nəticələri açıqlanıb. ABŞ-ın “World Value Survey” (WVS) fondunun apardığı «Dünyanın ən xoşbəxt ölkələri - 2008» sosial tədqiqatın nəticələri açıqlanıb. Lent.az-ın “APA-ECONOMICS”ə istinadən verdiyi məlumata görə, aparılan tədqiqatın nəticələrinə əsasən, dünyanın ən xoşbəxt ölkəsi Danimarkadır.
Belə ki, bu ölkədə öz həyatlarından razı olan əhalinin sayı ilbəil artır. Fondun ekspertləri Danimarkada əhalinin xoşbəxt olmasını bu ölkənin sülhsevər və zəngin olması ilə əlaqələndirir. Bu ölkədə xoşbəxtlik indeksi 4,24 təşkil edib. Bundan başqa, ABŞ-ın “Forbes” jurnalı Danimarkanı biznesin aparılması üçün ən yaxşı ölkə kimi qiymətləndirib. Belə ki, burada inflyasiyanın və vergilərin aşağı səviyyədə, təhsil və texnologiyanın inkişafı isə yüksək səviyyədədir.
WVS fondunun ekspertlərinin fikrincə, ölkələrdə xoşbəxtliyin əsas faktoru orada yaşayan əhalinin həyat tərzinin seçimində azad olmasıdır. Lakin inkişafda olan ölkələr üçün əhalinin maddi durumu daha vacibdir – əhalinin rifahı nə qədər yüksək olarsa, xoşbəxtliyin səviyyəsi də o qədər yüksək olacaq.
Dünyanın ən varlı demokratik ölkəsi olan ABŞ isə reytinqdə 16-cı yeri tutub. ABŞ reytinqdə Kanada, İsveç, Salvador və Yeni Zelandiya kimi ölkələrdən sonra qərarlaşıb. Lakin Böyük Britaniya, Almaniya, Fransa və İtaliya kimi ölkələri qabaqlayıb.
MDB-yə daxil olan ölkələrin çoxu reytinqin aşağı hissəsində qərarlaşıb. Postsovet məkanında xoşbəxt əhali yalnız Azərbaycan (0,13) və Qırğızıstanda (1,59) müşahidə olunub. Rusiya isə reytinqdə xoşbəxtliyin mənfi səviyyəsi ilə 88-ci yeri tutub (-1,01).
Yaxın Şərqdə isə ən xoşbəxt ölkə Səudiyyə Ərəbistanı olub. Bu ölkə siyahıda 26-cı yeri tutub. Belə ki, bu ölkənin əhalisi İsrail və İordaniya əhalisindən daha xoşbəxtdir.
Asiyaya gəldikdə isə, burada ən xoşbəxt Sinqapur və Vyetnam kimi ölkələri qabaqlayaraq Tailand olub (27-ci yer).
Qeyd edək ki, WVS 1981-ci ildən analoji sorğular keçirir və sorğuların nəticələrinə görə, dünyada xoşbəxtliyin səviyyəsi ilbəil artır. Ötən il dünyada xoşbəxtliyin səviyyəsini bilmək üçün WVS fondu 97 ölkədə 350 min nəfər arasında sorğu aparıb. Respondentlər «Özünüzü nə qədər xoşbəxt hiss edirsiniz» və «Hazırkı vaxtda yaşayışınız sizi qane edirmi» suallarını cavablandırıb.
Bütün faizlərə bu linkdən baxmaq olar: http://lent.az/news.php?id=17480

Share

Reply to This

Replies to This Discussion

Maraqlı məlumatlardı... amma bir qədər Azərbaycanın Qırğızıstanla birgə irəliləməsi qəribədir.... Məncə Qırğızıstanın bu mövqeni əldə etməsi barədə Orta Asiya üzrə müxbirimiz və ekspert cənab TG daha ətraflı məlumat verə bilər....
Mövzuya gəldikdə isə əsas faktor həyat tərzinin seşilməsində olan azadlıqdırsa məncə bu baxımdan bizdə heçdə hər şey yaxşı deyil.... İnzibati əngəllərlə yanaşı din, mentalitet və "ətrafdakıların münasibəti" kimi faktorları nəzərə alsaq onu deyə bilərik bizdə hər kəs özünün gördüyü qədər azaddır, istədiyi qədər yox!
Azadlığı istəmirəm qram qram...
Zəncirləri istəyirəm qıram qıram...

Reply to This

WVS saytında 1946-2006-cı illər üzrə 24 ölkənin xöşbəxtlik trendinə baxdım. Çox maraqlıdır ki, iqtisadi artım üzrə ilk ölkələrdən olan Çində xöşbəxtlik trendi aşağıya doğru inkişaf edib. Bu da məncə iqtisadi artımın ölkə əhalisinin təkcə xöşbəxtliyinə xidmət etməməsinə dəlalət edir.

Reply to This

RSS

About

Admin Admin created this social network on Ning.

Reklam

Hava

Təqvim

© 2009   Created by Admin on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!