Sevgidə günəş kimi ol
Dostluq və qardaşlıqda axan su kimi ol
Xətaları örtməkdə gecə kimi ol
Təvazökarlıqda torpaq kimi ol
Hirsdə ölü kimi ol
Hər nə olursan ol
Ya olduğun kimi görün
Ya göründüyün kimi ol
Necə insanlar gördüm,üzərində paltar yox
Nece paltarlar gördüm,içində insan yox
Eşşəkdən şəkər əsirgənməz,ama
Eşşək yaradılışı etibarilə otu bəyənir
Dünya tələdir.Yemi də istək.
İstək tələlərindən qaçın.
Bülbüllərin gözəl səsləri bəyənilər,buna görə qəfəs
çəkər onları. Amma quzğunla bayquşu kim qoyar qəfəsə?
Aşiqlərin könüllərinin yanmasıyla gözyaşları
olmasaydı, dünyada su da olmazdı, atəş də.
O dağa bir quş qondu, sonra da uçub getdi.
Bax gör, o dağda nə bir çoxluq var nə bir azalma.
Tags:
Share
-
▶ Reply to This