Novruz– qışın qurtarmasına və baharın gəlişinə həsr olunur, bu bayramını qeyd etmək təzə ili - baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır. Qədim Vavilonada bu bayram Nisanın (mart, aprel) 21-ci günü qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz əyləncələri mövcüd idi. Ilk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır. Yaxın və Orta Şərq mədəniyyətində özünəməxsus yeri olan «Novruz» mərasimi haqqında qədim əsatiri, dini, tarixi qaynaqlarda məlumatlar verilmişdir. Bu barədə çex alimi İozef Klima «Qədim Mesopotamiyada cəmiyyət və mədəniyyət» kitabında yazır: «Qədim Mesopotamiyada kənd təsərrüfatı ilinin başlanğıcı, gecə-gündüzün bərabərləşməsi, baharın gəlməsi ilə əlaqədar yeni il təntənələri ən mühüm, ən böyük ənənvi bayram kimi keçirilirdi.
Bu təntənələr haqqında ən qədim məlumatı eramızdan əvvəl III minilliyin axırında Quden hökmdarı zamanındakı yazılan mixi yazılarında rast gəlirik. Bu məxəzə görə yeddi gün davam edən bayram şənliyindəki sinfi ayrı-ayrıseçkilik azalar, qul ağası ilə yan-yana gedər, qaravaş öz xanımı ilə bərabər olar varlı ilə yoxsul yanaşı oturardı».
Bundan sonrakı mənbələrdən birində isə ilin yazdan başlanması I Daranın (e.ə.505-ci ildə) hakimiyyəti dövrünə aid edilir. Bu dövrdə Əhəmənilər Zərdüşt səlnaməsini bərpa etmiş və yazın başlanğıcını Fərvərdin ayının birinci günündən hesablamışlar. Yeni ilin gəlişi «Avesta» təqvimi üzərində qurulmağa başlamışdır.
Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu, çünki hökümət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi
Təbiətin, həyatın oyanması Novruzdan başlanır və azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin üçüncü günləri Su, Od, Torpaq və Axır Çərşənbələr günləri qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbə od, üçüncü çərşənbə yer, dördüncü çərşənbə küləyin köməyilə ağaclar cücərir və baharın gəlməsindən xəbər verir. Xalq arasında elə təsəvvür yaranır ki, külək sudan da, oddan da, yerdən də güclüdür.
Çərşənbələrin içində ən vacibi axırıncı – Axır çərşənbə axşamıdır. Həmin gün bütün evlərdə bayram süfrəsi açılır. Stolda yeddi növ yemək olmalıdır. Buna yeddiləvin deyirlər. Yeddiləvin isə bayram süfrəsinin yeddi cür nemət əsasında düzəldilməsi adəti kimi tanınır. Həmçinin ilaxır çərşənbədə xonçaya yeddi cür nemət — çörək, düz, üzərrik, kömür, güzgü, su, yumurta məhsulları düzürlər ki, bu, daha arxaik olmaqla Günəşə nəzir-niyaz verməklə bağlıdır. Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə yeddi növ xörək olmalıdır ki, adları da “S” hərifi ilə başlasın. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa stola güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam od, işıq deməkdir hansı ki, insana bədnəzərdən qoruyur, güzgü aydınlıq rəmzidir.
Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta qoyulur
Səməni - əski çağlarda yaşıllıq, əkinçiliklə bağlı mərasim şənliyinin adıdır. Səməni bayramı daha çox bolluq, məhsul rəmzidir. Əski türklər yazın başlanmasını təbiətin «dirilməsi» rəmzi hesab edib aşağıdakı folklor nəğməsini ifadə etmişlər:

Səməni, saxla məni,
İldə göyərdərəm səni…

Toxumluq buğdadan sini qablarda göyərdilən Səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir.
Bayram süfrəsi nemətləri arasında Səməni halvası müqəddəs sayılır. Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Övladları ata-analarına baş çəkib, yenə də evə qayıtmalıdırlar.
Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan.” Bir qayda ilaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.
Bayram axşamı qədim ənənərlə, oyunlarla zəngirdir. “Xıdır İlyas” (məhsuldarlıq, çiçəklənmə rəmzi), “Kos-kosa” – meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı, qapıgüdmə və s. demək olar.
Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi, odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl axırıncı Çərşənbə yaşından və cinsindən asılı olmayaraq, hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullamaqla bərabər bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”. Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyilənə görə axırıncı Çərşənbə Gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətda ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içərdisə, onlar Təzə ildə bütün xəstəliklərdən uzaqlaşırdılar.

Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini: quru və yaxud yağınlı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci günü – yaz, ikinci – yay, üçüncü – payız, dördüncü gün isə - qış sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı tə’yin olunurdu.
Bayramın bir çox adətləri var. Onlardan bəziləri bunlardır!
Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər..
Axır çərşənbədə uşağa beşik düzəldərlər.
Axır çərşənbədə gün çıxmamış su üstündən atdanarlar.
Axır çərşənbədə qorxanların başından su töküb qorxuluğu alarlar.
Axır çərşənbədə sağmal malın buynuzuna qırmızı bağlarlar.
Axır çərşənbədə evdən pul verməzlər.
Axır çərşənbədə qonşuya ələk verməzlər.
Axır çərşənbə günü borc un, od, kibrit, neft, ağartı verməzlər.
Axır çərşənbə günü şam yarımçıq söndürməzlər.
Axır çərşənbə gecəsi tez yatmazlar.
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamların adını çəkib “filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və s. tökərlər.
Novruza qədər səməni göyərdərlər.
Novruzda səməni bişirərlər.
Novruzda niyyət eləyərlər.
Novruzda üzərrik yandırıb tüstüsünü mal – qaraya, oğul – uşağa, ev – eşiyə verərlər.
Novruzda təzə paltar geyərlər.
Novruzda şənlik edərlər.
Novruzda Novruz xonçası bəzəyərlər.
Novruzda qəmgin oturmazlar.
Novruzda noğul, şəkər düzəldib süfrəyə qoyarlar.
Novruzda səməni göyürtmək düşməyən evə səməni apararlar.
Novruzda at çaparlar.
Novruzda qız seçməyə çıxarlar.
Novruzda qıza mətləb açarlar.
Novruzda küsülü qalmazlar.
Novruz axşamı qarğış etməzlər.
Novruz axşamını ata evində keçirərlər.
Novruz axşamı evdə ailə üzvlərinin sayına görə şam yandırarlar.
Novruzda qiybət qırmazlar.
Novruzda atı, iti vurmazlar.
Novruz günü işləməzlər.
Novruz günü evə nərgiz gətirməzlər.
Novruz axşamı bacadan sallanan torbaya pay qoyarlar.
Novruz axşamı qapıya atılan papağı boş qaytarmazlar, ona Novruz xonçasından pay qoyarlar.
Novruzqabağı balıq bişirərlər.

Share

Reply to This

Replies to This Discussion

Təşəkkürlər Günay. Keçən il də Novruzla bağlı mövzumuz var idi.

Reply to This

keçənilki görüntülər :)

Reply to This

RSS

About

Admin Admin created this social network on Ning.

Reklam

Hava

Təqvim

© 2009   Created by Admin on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!