92 yaşında, özündən əmin və qürurlu, hər səhər səliqəli geyinən, gözləri hər nə qədər zəif görsə də saçlarını darayıb, mükəmməl makiyaj edən yaşlı qadın bu gün bir qocalar evinə köçür. Qocalar evinin qapısında səbrlə dayanan bu xanıma yaxınlaşıb otağının hazır olduğunu söylədiyimdə şirin-şirin gülümsədi. Onu qalacağı yerə aparanda otağının necə olduğundan, oradakı mebellərdən, pəncərəyə asılmış ipək pərdələrdən danışmağa başladım. 8 yaşındakı kiçik bir qızın həyacanıyla “ipək pərdələri çox sevirəm” dedi. “Misis Jones hələ otağınızı görməmisiniz, biraz gözləyin... demişdim ki, sözümü kəsdi “Xoşbəxtlik vaxtından əvvəl qərar verdiyimiz bir şeydir. Mənim otağı bəyənib-bəyənməməm oradakı mebellərin düzülüşündən asılı deyil, mənim onları öz beynimdə necə düzdüyümlə bağlıdır. Mən onları sevəcəyəm – çünki belə qərar vermişəm. Bu mənim hər səhər oyandığımda verdiyim qərardır - ya bütün günümü yataqda artıq çox yaşlanmış və işləməyən bədənimin mənə verdiyi ağrıları düşünməklə keçirmək ya da yataqdan çıxıb hələ də işlənyənlər üçün Şükür etmək! Gözlərimin açıq olduğu hər an mənə verılən hədiyyədir. Yeni açılan hər gün həyatım boyu yaşadığım xoşbəxt anların təəssüratları ilə dolu olur və onların təsiri ilə yaşayıram. Qocalıq bank hesabı kimidir. Bu hesaba nə qoysan sonra da onu istıfadə edirsən. Buna görə də məsləhətim xatirələrinin bank hesabına çoxlu-çoxlu xoşbəxtlik köçürməkdir.
Xoşbəxt olmaq üçün bu 5 bəsit qaydanı unutmayın.
1 – ürəyini nifrət və kindən uzaq tut;
2 – beynini şübhələrdən təmizlə;
3 – sadə yaşa;
4 – çox ver;
5 – verdiklərində daha az gözlə” ....

Share

Reply to This

Replies to This Discussion

Misis Jones? Bu hansı əsərdəndir belə?

Reply to This

Düzü bilmirem. Xarici bir forumdan oxudum bu hekayeni, bacardiğım kimi də tərcümə etdim.

Reply to This

Bəzən (bəlkə də əksər hallarda) xaricdəkilərin xöşbəxtlik haqqında düşüncələri bizimkilərlə üst-üstə düşmür. Biz düşünürük ki, uğur xöşbəxtliyin açarıdır. Onlar isə əksinə hesab edirlər.

Reply to This

Bu hekayəni bəyəndiyim üçün tərcümə etdim. Amma xoşbəxtlik ədəbi deyil. Nəinki xoşbəxtlik heç bir hiss əbədi deyil, insan ömrü kimi. Məncə hər fərddə müxtəlif olur özünü xoşbəxt hiss etmə səbəbləri.

Reply to This

RSS

About

Admin Admin created this social network on Ning.

Reklam

Hava

Təqvim

© 2009   Created by Admin on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!