Information

Azeri Muslims

Islam, tauhid

Members: 15
Latest Activity: Sep 14

Comment Wall

Şərh əlavə et

You need to be a member of Azeri Muslims to add comments!

quplay Comment by quplay on September 14, 2009 at 9:00pm
Fitr Bayramınız Qutlu Olsun!
Nigar Comment by Nigar on November 1, 2008 at 1:47pm
Salam aleykum.Bu gün bu qruppun üvü olmaqda şadam.İnşALLAH qelecekde burada oxuduğum fikirlerden,reylerden,özüm üçün müsbet netice çıxaracam,hansısa fikirlerimle bölüşecem.ALLAH Bizleri qorusun,Amin!!!
ibrahim Comment by ibrahim on October 7, 2008 at 7:56pm
Salamlar məndə qoşuldum
Ədalət Comment by Ədalət on May 17, 2008 at 12:04pm
Salam aleykum. Bu bölmənin yaradılmasına görə zəhmət çəkmiş hamıya təşəkkür edirəm. Allah razı olsun.
Məzhəblərə münasibət və mötədillik (“İslamda orta yol” silsilə məqalələri)
Elvüsal Məmmədov.
Dində ifrata varmaq və ya ona qarşı laqeydlik nümayiş etdirmək (sonuncu sonda insanı bu və ya digər mənada dinsizliyə aparıb çıxara bilir) cəmiyyətdə dini sosiallaşmanın tam şəkildə gerçəkləşməsinə mane olan iki əsas amildir.
Belə ki, bu cür təmayülləşmə özü ilə bir sıra fəsadlar gətirir, cəmiyyətin stabilləşməsinə dağıdıcı təsir göstərir. Nəticədə elə bir an gəlir ki, müqabil tərəflər eyni millətdən olmalarına rəğmən, bir-birinə düşmən kəsilir. Bu cür düşmənliyə rəvac verən ən əsas səbəb isə məzhəblərarası münasibətlərdə radikallıq və laqeydliyin özünü göstərməsidir. Hər iki halda müsəlman olan cəmiyyətin stabilliyi sarsılır, dini dəyərlər barəsində səhv təsəvvürlər formalaşır və ən nəhayət “Hər yerdə və hər zaman İslam dəyərlərini aşılayaq” kimi şüarımız özümüz tərəfindən ayaqlar altına atılır. Yəqin ki, oxucuya söhbətin nədən getməsi yavaş-yavaş aydın olur: məzhəb təəssübkeşliyi və kor-koranə təqlid! Bu iki amilin İslam dünyasına vurduğu yaralar xaçlıların Qüdsdə, monqolların Bağdadda, fransızların Əlcəzairdə, İsrailin Fələstində, serblərin Kosovda, rusların Çeçenistanda ABŞ-ın İraqda törətdiyi qətliamlardan daha dəhşətlidir. Bu məsələnin bir yönüdür. Digər tərəfdən isə təəssübkeşlik və kor təqlidin səbəb olduğu dəhşətlər bir başa İslamın ayağına yazılmış, dünya ictimaiyyətində İslam haqqında “mühafizəkar, köhnəpərəst din”, “Radikallığın ideoloji məcəlləsi”, “İslam = Terrorizm” və s. kimi yanlış təsəvvürlər formalaşmışdı. Əlbəttə, biz islam dünyasının bu hala düşməsində xarici amillərin olmamasını iddia etmirik; təbii ki, xarici güclər, düşmənlər istisna edilmir, ancaq onlar təəssübkeşlik və müsəlmanlar arasındakı kor təqliddən yetərincə yararlanmış, onları bir-birinə qırdırmış və nəhayət taqətdən düşmüş müsəlman dünyasına asanlıqla sahib olmuşlar. Yadıma aşağı siniflərin birində tədris olunan “Ayı, şir və tülkü” təmsili düşdü. Belə ki, ayı və şir bir heyvanı ovlayırlar. İş ovu bölüşdürməyə gələndə bir-biri ilə taqətləri tükənənə qədər döyüşürlər. Qıraqdan onları seyr edən tülkü heyləri olmayan ayı və şirin yanına gəlir və şikara asanlıqla sahib çıxır. Bəli, daxili problemlərdən – məzhəbkeşlik, kor təqlidin doğurduğu durğunluq və məzhəblərarası çəkişmələrdən istifadə edən xarici güclər vaxtı ilə dünyaya öz siyasi və mədəni gücü ilə meydan oxuyan bir ümmətin ən azından regional proseslərə təsir göstərə bilmək qabiliyyətini belə əlindən alıb. Bu, məzhəb təəssübkeşliyinin, ümumiyyətlə islam dünyasındakı təzahürüdür. Ancaq bizi daha çox maraqlandıran məhəlli, yerli səviyyədə məzhəblərarası soyuqluğun doğurduğu vəziyyətdir. Çoxları ola bilsin ki, bizi bu mövqeyimizə görə qınayacaqdır. Ancaq biz “uçmaqda olan binaya lazım dirəklərin betondan olması”na diqqət yetirir və yerli “möhkəmlənmələr”in regional, beynəlxalq “möhkəmlənmələr”ə gətirib çıxaracağına inanırıq.
Azərbaycan da son illərdə məzhəblərarası soyuqluğun şahididir. Düzdür, bu soyuqluq əməli müstəviyə keçməyib. Ancaq bu soyuqluğun qırovlarının sabah buza çevrilməyəcəyinə heç kim zəmanət verə bilməz. Ölkədəki dini vəziyyətin məzhəb-məzhəb, təriqət-məzhəb, təriqət-təriqət münasibətləri əsasında formalaşdığını unutmamalıyıq. Əgər bir ölkədə din bütövlüyə deyil, ayrı-ayrı hissələrə əsaslanarsa, o ölkədə vahid müsəlman cəmiyyətinin mövcudluğundan, dini dəyərlərin daşıyıcılarının hadisələrə bir bütöv halında təsir göstərə bilməsindən söz açmaq çətindir. Biz ölkəmizdəki məzhəblərarası soyuqluğa dair ayrı-ayrı faktlara müraciət etmək istəmirik. Ancaq bu soyuqluğun əsas cizgilərini təsvir etməyə çalışacağıq:
a) dini maariflənmənin bir məzhəbin, təriqətin qayda-qanunları əsasında aparılması: məsələn, türk təhsil sistemli qurumlarda daha çox hənəfiliyə, şafiiliyə üstünlüyün verilməsi, Səudiyyə Ərəbistanının dini təhsil müəssisələrində oxuyub gələnlərin dini təbliğlərində “sələf əqidəsi”nə, hənbəliliyə daha çox meyl etmələri, bu və ya digər təriqətə xas halqa söhbətlərinin təşkili (daha çox təsəvvüf səciyyəli qruplarda müşahidə edilir) və s.
b) fərqli məzhəblərə və məzhəb nümayəndələrinə qarşı soyuq münasibəti: bu daha çox özünü “məscidləşmədə” (məsələn, bəzi “sələfilər”in türk məscidlərində, nurçuların “sələfi məscidində” namaz qılmamaları), salamlaşmada, məzhəbinə uyğun geyim tərzi olanlara “tərs-tərs” baxmada, xütbələrdə bir məzhəbin alimlərinin fikirləri ilə kifayətlənmədə, bir-birlərini xoş olmayan adlarla çağırma və sairdə göstərir.
Bu kimi ümumi səciyyəli daha çox fakt gətirmək mümkündür. Ancaq əsas mövzudan yayınmamağımız üçün yuxarıdakılarla kifayətlənirik. Bizi bu mövzuya toxunmağa təşviq edən şey kimi müsəlmanlar arasında vəhdətin təmin edilməsinin vacibliyini göstərmək mümkündür. Çünki bu və ya digər məzhəbə uymaq zaman və məkan baxımından bəzən vacib, bəzən də sünnət olduğu halda, müsəlmanların vəhdəti zaman və məkandan asılı olmayaraq vacibdir! Şəriətin belə bir prinsipi var: ixtilaflı məsələlər və sünnətdən ötrü vacib olandan imtina etməzlər. Bu xüsusda Misirdə belə bir hadisə baş vermişdi: Bir kəndin əhalisi təravih namazının 8 yoxsa 20 rükət qılınması məsələsində fikir ayrılığına düşmüş və bu, tərəflər arasında qarşılıqlı təhqirlərə səbəb olmuşdu. Məsələni həll etmək üçün mərhum Həsən əl-Bənnanın yanına gedənlərə ustadın cavabı çox ibrətverici və təsirli idi: “İxtilafınıza dair fitvam budur: məscidin qapısına qıfıl vurun, orada heç kim namaz qılmasın. Çünki barəsində fikir ayrılığına vardığınız təravih namazı sünnət ayindir. Müsəlmanların vəhdəti isə fərzdir (vacibdir). Məhz, buna görə, bir sünnət əməl üçün fərzi tərk etməzlər!”.
Biz yazmaq istədiyimiz silsilə məqalələrdə qarşımıza bir məqsəd qoymuşuq: erkən dövrdə müsəlmanların məzhəbə olan münasibəti, müasir dövrdə məzhəblər qarşısında necə davranmağı izah etmək, bu məsələlərin şərhi ilə cəmiyyətimiz arasında hökm sürən təəssübkeşliyi, kor təqlidi, parçalanmaları “yumşaltmağ”a və insanlarda həqiqi islamın necəliyi təsəvvürünün formalaşmasına nail olmaq.
Məqalələrimizdə məzhəb təəssübkeşliyi və məzhəblərə qarşı laqeyd münasibətin tənqidinə yer veriləcəkdir. Biz heç kəsi öz məzhəbini tərk etməyə və ya məzhəblə mübarizəyə səsləmirik. Sələflərimizin fiqhi irsinə qarşı çıxmaqdan Allaha pənah aparırıq. Axı insanların qəlblərində yer eləmiş alimlərə, fəqihlərə qara yaxmağa çalışmaq, onları alçaltmaq məsələyə düzgün münasibət bəsləmək deyildir. Müxtəlif dövrlərdə yol verilən bu kimi hallar, məsələyə bu cür münasibət bəsləmək nəticəsiz qalmışdır. Məqsədimiz kor təqlidə və təəssübkeşliyə qarşı öz səfimizi bəyan etməkdir. Məzhəblərlə bağlı olan bu çətin araşdırmada orta yol (mötədillik) prinsipindən çıxış etmək bizim əsas metodumuzdur. Yazmaq istədiyimiz məqalələrdə aşağıdakı mövzuların izahına cəhd ediləcəkdir:
a) Məzhəb nədir və insanların məzhəbə münasibəti necə olmalıdır?
b) Məzhəblər vəhdətimizi zədələməməlidir.
v) Məzhəbləri birləşdirməyə deyil, təəssübkeşliyi tərk etməyə cəhd edək!
q) Kimlər bu və ya digər məzhəb mənsubu ola bilərlər?
ğ) Məzhəbi dəyişdirmək və ya ənənəvi məzhəbdə qalmaqla başqa məzhəbləri də təqlid etmək olarmı?
d) Təlfiq (bir məsələyə fərqli məzhəblərin görüşünü tətbiq etmək) və bir məzhəbin bütün görüşlərindən istifadə edib-etməmək məsələsi.
e) Təəssübkeşlik və təqlid.
Qeyd: Məqalələrin yazılmasında əsas mənbə kimi “Müsəlman və məzhəb: bir məzhəbə bağlılığın təhlili” adlı kitabdan (müəllif: Əbdülcəlil Candan. İstanbul, 2004) istifadə ediləcəkdir.

Məqaləazerimuslims.comsaytından götürülüb.
quplay Comment by quplay on May 8, 2008 at 5:23pm
و من المومنین رجال صدقوا ما عاهدوا الله علیهم
Men sizin Islam haqqinde chalishmeyinizi tebrik edirem ve butun movzulerde sizle yardim olaram.
ali Comment by ali on May 4, 2008 at 3:07am
حسبنا الله نعم الوکیل
 

Members (14)

Admin Rüfət Muslimah quplay UREK TG Hezra R@min moonlight sheyMa ali Ədalət Ali ibrahim
 
 

About

Admin Admin created this social network on Ning.

Reklam

Hava

Təqvim

 

© 2009   Created by Admin on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!