Rüfət

Polaroid şəkillərində yaşanan tarix

mental_floss jurnalının elektron versiyasında Chris Higgins adlı blog'erin yazısı marağımı cəlb etdiyindən məqaləni tərcümə etmək qərarına gəldim:

Dünən müəmmalı bir veb səhifəsinə rast gəldim - Polaroidlər toplusu, günə bir ədəd, 1979-cu ilin 31 martından 1997-ci ilin 25 oktyabrına qədər. Müəllifin adı göstərilməyib, əlaqə məlumatı da yoxdur. Bunların mənbəyi haqqında heç bir anlayış belə yoxdur. Təbii ki, şəkillərə baxmağa başladım. Gördüklərim çox təsiredici idi.

1979-cu ildə çəkilmiş ilk fotolar adi səhnələri əks elətdirir: pikniklər, şam yeməkləri, dostların şəkilləri və s. Məsələn 23 aprel 1979-cu ildə çəkilmiş aşağıdakı şəkil (düşünürəm ki, qabaq planda sol tərəfdəki adam fotoqrafın özüdür)


1980-cı illdəki şəkillərdən məlum olur ki, fotoqraf rejisordur. O, Amerika Film Festivalından məktub alır və 1980-cı ilin 30 yanvar tarixində bu məktubun şəklini çəkir:


Bəzi günlər o, ümumiyyətlə maraqlı bir şey çəkmir və bunun əvəzinə günün yazıları ilə əvəz olunur:


1980-cı illərin şəkillərində daha çox ailə şənlikləri və eyni zamanda rejisorluq və musiqi ilə əlaqədar səhnələr təsvir olunub. Aşağıdakı şəkildə 1983-cü il fevralın 5-i studiyaların birində səsyazma prossesi göstərilir:


New York Mets beyzbol komandasının ofisi qarşısında əllərində biletlər olan özü və dostunun 1986-cı il 29 apreldə çəkilmiş şəkli:


1980-cı illərin sonu fotoqrafın həm də musiqiçi olmasının şahidi oluruq. O, akkordionda ifa edir və müxtəlif simli alətlərdə ifa edən dostlara malikdir. 1989-cu il 2 iyul tarixli şəkil:


1991-ci il 30 mart tarixində çəkilmiş şəkildə fotoqrafın çəkdiyi Polaroidlərin saxlama texnologiyası əks olunub:


1993-cü ilin 6 dekabr tarixində müğənni Frank Zappanın ölüm günü əks olunub:


Görünür 90-cı illər fotoqraf üçün yaxşı vaxtlar olub. Biz onu dostları ilə daha çox vaxt keçirməyinin şahidi oluruq. Aşağıdakı şəkil 1996-cı il 18 dekabr tarixində çəkilib və onun filminin Müstəqil Film Kanalında (IFC, the Independent Film Channel) nümayiş etdirilməsindən xəbər verir.


1997-ci ildə fotoqrafı özü az hallarda görsənir. Bəzən onun üzü qabaq obyektlər tərəfindən bağlanır. Bəzən onu divanda uzanmış halda görmək olar. İnsanlar arasındakı şəkillərdə o gülümsəmir. 1997-ci ilin 2 may tarixində onunla nə isə pis bir şey baş verir:


1997-ci il 4 may tarixindəki şəkildəm məlum olur ki, o xərçəng xəstəsidir:


Səhhəti get-gedə korlanır. 1997-ci il 2 iyul tarixində fotoqraf güzgüdən öz şəklini çəkir:


Ayın axırında o, tamamilə keçəldir:


1997-ci ilin iyul, avqust, sentyabr aylarında vəziyyəti daha da pisləşir. Kimyateropiya seansları qəbul edir. 1997-ci ilin 11 sentyabrında çəkilmiş şəkildə fotoqrafın saçlarının yenidən çıxması görsənir:


1997-ci ilin 5 oktyab günü. Şəkilin mənası yəgin ki, aydındır:


İki gündən sonra toyun şahidi oluruq:


1 həftədən sonra o, yenidən xəstəxanaya qayıdır. 1997-ci ilin 24 oktyabrında xəstəxana otağında dostunun musiqi ifa etdiyini görürük:


Sonrakı gün fotoqraf dünyasını dəyişir.

Fotoqrafın kimliyi barədə apardığım bir-neçə günlük internet tədqiqatları onun Jamie Livingston olmasını aşkarladı. 18 il ərzində bu adam Polaroid SX-70 fotoaparatı ilə hər gün bir şəkil çəkirdi və bu layihəni "günün fotosu" adlandırırdı. O, özünün 41-ci ad günündə 1997-ci ilin 25 oktyabr tarixində dünyasını dəyişdi. Livingston'un ölümündən sonra dostları gənc yaşlarında tələbə olarkən ilk yaradıcılığına başladığı Bard kollecinin Bertelsmann Campus mərkəzində "Jamie Livingston, Günün şəkili, 6697 ardıcıl Polaroid şəkilləri" adlı sərgini təşkil etdilər.

İngilis dilində mətnə burada baxa bilərsiniz. Bütün fotolar isə burada yerləşdirilib.

Tags: fotoqraf, polaroid

Share 

Şərh əlavə et

You need to be a member of Azerbaijan Community Online Network to add comments!

Join this social network

About

Admin Admin created this social network on Ning.

Reklam

Hava

Təqvim

© 2009   Created by Admin on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!