DANIŞMA SUS!
Könül yenə danışırsan?
Sus demədim?
Çəkil xəyal qapısından,
Gerçəkliyi pus demədim?
Demədimmi xəyal səni aldadacaq?
Acı olan sevgi sənə,xəyallarda bal dadacaq.
Eşitmədin,durmadan xəyal eylədin,
Öz əlinlə özünü zəval eylədin.
İndi yenə danışırsan?
Yaxşı danış söylə görüm,
Çəkdiyin bu əzab sənə,
Bir ömürlük bəsin deyil?
Bu hönkürtü,fəğan səsi,
Söylə sənin səsin deyil?
Sən deyilsən hər gün hönkürüb ağlayan?
Əl çatmayan xəyallara bel bağlayan?
Könül indi susma,danış!
Danış mənə cavab eylə.
Xəyalların puç olduğun,
Gerçəkliyi unudmağın necə böyük suç olduğun.
Etiraf et!
Susma danış,özün söylə,
Mənə solmuş xəyalların,
Hər zamanki sözün söylə.
Könül yenə danışırsan?
Sus demədim?
You need to be a member of Azerbaijan Community Online Network to add comments!
Join this social network