Keçən Şənbə və Bazar günləri Zaqatalada idim. 6-7 il əvvəl İsmayıllının Buynuz kəndinə qədər gələn idim buralara. Nəhayət ki, Allah daha uzaq yol qismət etdi. Yol nə qədər mənzərəli olsa da, bir o qədər də tənzimlənməyən idi. Kolların dibində gizlənmiş yol polisləri də öz yerində.
Zaqatala çox gözəl təəssürat oyatdı. Təbiətin gözəlliyi ilə yanaşı şəhərdəki təmizlik, səliqə yüksək səviyyədədir. Ümumiyyətlə Zaqatala rayonunda Azərbaycan türklərindən başqa ruslar, udinlər, ləzgilər də daxil olmaqla 20 xalqın nümayəndəsi məskunlaşıb. Məncə buranın bu cür gözəl olmasının səbəbi də elə budur.
Məğrib namazına getdim məscidə. MaşaAllah, məscid də çox gözəl idi, mənə Bakıdakı Şəhidlər məscidi xatırlatdı. Allah zalımlara lənət eləsin.
Səhər qayıdanda Xan Sarayına baxmaq üçün Şəkiyə girdim. Soruşa-soruşa gəlib çatdım Saraya. Həyətinə girmək istəyirdim ki, gördüm ki, bir nəfər məni səsləyir. Nədi? Bəs bilet alınmalıdır. Xub, bu bilet hardadı? Kassada. Yaxınlaşdım kassaya ki, oğlan indi pəncərəsini açıb mənə bilet verər. Amma o məni kassanın qapısına yaxınlaşmağı dedi.
- Ay qaqaş, sən bu bileti arxadan niyə satırsan? Hamı elə başa düşər ki, bəs bilet yoxdur, mən də "levıy" alıram.
- (Gülür) Ha indi burdan satmax daha rahatdı.
Çıxardıb ona 20 manat uzadlram ki, üç bilet versin.
- Haindi xırdam yoxdu
- Yaxşı, biletimiz nə qədər edir?
- 3 biletə 1 manat 20 qəpik
Təəcüblə çıxarıb ona 1 manat 20 qəpik verirəm. Pulu alıb mənə 6 ədəd 20 qəpiklik bilet verir. Mən də başladım qaqaşla məzələnməyə:
-Ay qaqaş, verirsənsə 40 qəpiklik bilet ver. Bu nədir qiyməti 20 qəpik ola-ola bileti 40 qəpiyə satırsan?
Qaqaş da şəkili hazırcavablığı göstərərək gülərək dedi:
- Haindi bu uşaqlar üçündür, böyüklər üçün biletim qurtarıb.
Bina daxilində şəkil çəkmək istəsəydim ona görə ayrıca pul verməli olacaqdım.
Nə isə, Sarayın həyətinə girdik. Binaya girəcəyin qarşısında ayaqqablar vardı ki, bu da içəri ayaqyalın girilməsindən xəbər verirdi. Amma oranın işçisi içəri keçərkən ayyaqqabısını soyunmadı. Xub, ayaqqablarımızı soyunub içəri girdik. Bu zaman bələdçi qadın gələrək məlumatlar verməyə başladı. Çox maraqlı danışırdı (lap Mustafa müəllim kimi: "ne bılo ispolzovano ni odnoqo qvozdya"). Bu zaman təlaş içində bir qadın ona yaxınlaşaraq qrupda kiminsə pul ödəmədən şəkil çəkdiyi bildirdi. Sonra başqa bir qadın gələrək hansısa avtomobilin yiyəsini axtarırdı. Avtomobil bağlı qalmış, adamın anası da içəridə :)))
Həyətdəki, qoca palıdlar isə müdrükcəsinə gələnləri seyr etməkdə idilər.
Yolüstü Qəbələnin Vəndam qəsəbəsinin məscidini də baş vurdum. MaşAllah bu da çox gözəl, səliqəli məscid idi.
Sonra İsmayıllı. Oradan əslinə Qaraməryəmə getmək lazım idi. Amma caamatın məni "Bakı" adı ilə istiqamətləndirməsi bizi dağlıq yolla Şamaxıya gətirdi. Bu yolla da birinci dəfə idi gedirdim. Hətta bu yolun olmasını belə bilmirdim.
Sonra Şamaxı, Mərəzə, bərbad yol yol, toz-torpaq, radar, polislərlə alış-veriş və s.
Nə qədər də ağır olsa da amma o meşəliyə görə, çaya görə, havaya görə oralara 1 günlük belə getməyə dəyər.
Tags:
Share
You need to be a member of Azerbaijan Community Online Network to add comments!
Join this social network