Bir şəhərli həyatda çətinliyə düşmüşdü; işini itirmiş və sevdiyi qız onu tərk etmişdir. İki ay idi ki, qəm içində idi. Hər gün düyü çaxırı içir və olan-qalan pulunu da orda-burda xərcləyirdi. Lakin bir gün iki alimin Müdrük Tsi haqqında söhbətini eşitdi. Deyilənə görə Müdrik Tsi həyatın mənasını bilir və bu biliyini ona müraciət edən hər kəslə bölüşürdü.
Şəhərli uzun müddət Tsinin harada yaşadığı haqqında məlumatları taplayandan sonra, yola düzəldi. Müdrik Tsiyə aparan yol İmperiyanın düzənlikləri, təpələri, dağları və Tibetin bol sulu çaylarından keçirdi. Adam iki dəfə az qala bu çaylarda batacaqdı, üç dəfə qayalıqdan yıxılacaqdı, bir dəfə canavarlara yem olacaqdı, ona görə də ağacda gecələməli olmuşdu.
Nəhayət uzun yol qət edərək sübh tezdən dağın təpəsinə gəlib çatdı. Deyilənə görə Müdrik Tsi burada yaşayırdı. Şəhərli dağın başını dolanarkən kiçik meyvə ağacları olan bağın yanında bir ev gördü. Ümidlərlə dolu halda evə yaxınlaşdı və qapını döydü. Taqqıltıya cavab verən olmadığından qapını yavaşca araladı. İçəridə əcaib stol, stul və yataq vardı. Yataqda bir yaşlı kişi mürgüləyirdi.
Hörmətli Müdrik Tsi! – deyə yatan adamı oyatmağa çalışdı.
Amma qoca hərəkətsiz uzanmaqda davam edirdi. Şəhərli ona yaxınlaşdı. Qocanın sinəsi aramca qalxıb düşürdü. O, yatırdı.
Şəhərli yavaşca qocanın çiyninə vuraraq, yenidən onun adını səsləndirdi:
- Müdrik Tsi!
Qoca tərpənərək gözlərini açdı.
- Hə, gəlmisən – qoca dilləndi. – Səni belə tez gözləmirdim.
Şəhərli təəcübləndi.
- Hörmətli Müdrik Tsi, bəs mənim bura gəlməyim haqqında siz haradan bilirdiniz?
Qoca yataqdan qalxaraq, gərnəşdi.
- Məhz sənin gəlməyin barədə bilmirdim. De görüm niyə gəlmisən?
Şəhərli bir az tutuldu və sakitcə dilləndi:
- Həyatın mənasına görə gəlmişəm, Müdrik Tsi...
- Sənin həyatının mənası – Müdrik Tsi dilləndi – məni bu gözəl səhər oyatmağındır

Share 

Şərh əlavə et

You need to be a member of Azerbaijan Community Online Network to add comments!

Join this social network

About

Admin Admin created this social network on Ning.

Reklam

Hava

Təqvim

© 2009   Created by Admin on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!