Bir an körpə olmaq keçdi kölnümdən,
Etrafımda dönsün anam ve atam.
Anamın gül qoxan isti qoynunda,
Göz yumub sakitcə qıvrılam yatam.


Bir an yuxu olmaq keçdi kölnümdən,
Bəzəyəm hər kəsin röyalarını.
Hamıya doğrudan işarə verəm,
Qurtaram axirət dünyalarını.

Bir an gülüş olmaq keçdi kölnümdən,
Dursun göz yaşları bir də axmasın.
Gülüşlə boyansın bütün çöhrələr,
Kimsə qəm qüssəli mənə baxmasın.

Bir an yağış olmaq keçdi kölnümdən,
Narın narın yağam quraq olmasın.
Buludun gözündən süzüləm yerə,
Açılan fidanlar bir də solmasın.

Bir an çiçək olmaq keçdi kölnümdən,
Sevən ürəklərin elçisi olam.
Baharda bəzəyəm sevgi bağçasın,
Qışda boyun büküb qəfilden solam.

Hörmətlə Qafaroğlu......

Share 

Şərh əlavə et

You need to be a member of Azerbaijan Community Online Network to add comments!

Join this social network

About

Admin Admin created this social network on Ning.

Reklam

Hava

Təqvim

© 2009   Created by Admin on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!