KÖRPƏM DANIŞIR Əlimizdə elə bir nemət vardır ki onu hər gün istifadə etdiyimiz təqdirdə onun bizlərə bəxş olunmuş ən gözəl nemətlərdən biri olduğunun fərqində belə deyilik.Eninə boluna istifadə edirik.Əmr edirik,xahiş edirik,fikirlərimizi paylaşırıq,hislərimizi ifadə edirik,dərdimizi danışıb sevincimizlə sevindiririk.Bir sözlə biz danışırıq.Bəli danışırıq.Danışıq dili.Rəbbimizin bizlərə bəxş etdiyi ən gözəl nemətlərdən biri.Əslində danışıq dili bir gün içərisində insanlara yüklənmiş bir proqram deyil.Bunun formalaşması və hal hazırda istifadə etdiyimiz halına dönüşməsi əsrlərin bəhrəsidir.İlk insan Hz.Adəmdən bəri insanların içində bir danışmaq,fikirlərini bölüşmək istəyi var.Əslində bir az da dərininə getsək,bəlkə də danışmaq bizim nəslimizin genişləməsinə səbəb olan ən böyük faktorlardan biridir.Dillər insanlar arasında qruplaşmanın da əsl səbəbidir.Əgər ki dünyada olub bitənlərə nəzər etsək,görərik ki dil birliyi əsl mənasında bəzi ölkələrin bir biri ilə olan ticarət,döyüş,sülh və dostluq əlaqələrinə də çox təsir edir.Bəlkə də dünyada bu günə qədər olan müharibələrin səbəblərinin arxasında duran ən böyük səbəb dil ayrılığıdır.Dil bir millətin canlı qalmasını sığortalayan bir varlıqdır.Dünya dil xəritəsinə baxsaq görərik ki yer üzündə bu dəqiqə canlılığını qoruyan və ya çoxdan itib batmış minlərlə dillər mövcuddur.Misal olaraq latın dilini versək görərik ki bir millətin dilinin yox olması o millətin özünün yox olması deməkdir.
Bəs dünyada elə bir dil varmı ki,o dili bütün insanlıq istifadə edir?Bu mövzu haqqında bilgin insanlar yəqin ki çox fikirləşib,çox beyin fırtınası ediblər.Əslində bu suala bir suyu içmə rahatlığı dərəcəsində rahat bir şəkildə cavab verilə bilər.Var əlbətdə ki.Körpələrin dili.Körpələrin danışmağa başlamadan öncə istifadə etdikləri dil.Bu dil, irq, rəng, cinsiyət və millət fərqi tanımır.Hamımız körpə olanda eyni dili danışırıq.Hamımızın ilk söyləyə bildiyimiz sadəcə hecalardan ibarət olub.İnsan böyüdükcə bu dili yavaş yavaş yadırqayır.Analar isə körpə dünyaya göz açdıqdan sonra sanki bu dili yenidən öyrənirlər.Demək olar ki analar körpələrinin hislərinin ifadəçisi olurlar.Bunu anlamaq üçün çox əmək sərf etməyə gərək yoxdur.Yenicə doğulmuş bir körpəyə sahib ana ilə körpəsi arasında olan əlaqəyə qıraqdan bir alıcı gözü ilə baxsanız,qarşılıqlı söhbət etdiklərinin şahidi olarsınız.Hər dəfə ananın əlinin,dodaqlarının onun əllərinə toxunmasından sonra,körpənin məmnuniyətini onun gözlərində çox rahatlıqla görə bilərsiniz.
Hər birimizin ortaq dili olan körpə dili,körpənin 5-12 aylıq vaxtlarında su üzünə çıxır.Körpələrin ilk çıxartdıqları dilə bənzər sözlər ‘ba’ ‘də’ kimi iki hərfli sözlər olur.Təbii ki körpəsinin danışmağa başlamasına sevinən valideynlər də çox sevinirlər.Hətda səvincləri o qədər çox olur ki,uşaqların çıxartdığı bu natamam sözləri ‘baba dedi,oğlum baba dedi’ ya da ‘dədə dedi’ kimi şərh edə bilirlər.Əslində isə körpənin çıxartdığı səslər əsl mənada sözlər deyil.Onlar həmin vaxt nə baba nə də dədə sözlərinin mənasını da bilmirlər.
Körpə olduğumuz vaxtlarda istifadə etdiyimiz bir digər dil də,bizim mimikalarımızdır.Öz dərdini dil ilə anlada bilməyən körpə məcburiyyətdən bacardığı ən gözəl yolu səçir və mimikaları ilə bizlərə nəsə bir şəy ifadə etmək istəyir.Bu vaxt ərzində körpələrin üz əzələləri çox güclü olur.Bir an onlara diqqətlə baxsanız, üzlərindəki sevincin,kədərin,üzüntünün birindən digərinə necə də sürətlə keçid aldığının,yox olub getdiyinin şahidi ola bilərsiniz.Bu isə onlara öz ehtiyaclarını,məmnuniyət və ya məmnun olmamaq hislərinin ifadəsi üçün çox kömək edir.Bəlkə də Rəbbimizin ilk doğulduğumuzda bizlərə danışma qabiliyyətini verməməyinin səbəbi,valideynlərimizi davamlı verəcəyimiz əmr və istəklərlə usandırmamaq,yormamaq və bizə qarşı bir nifrət hissi oyandırmamaqdır.Danışa bilməyən bir körpə isə,anası tərəfindən çox aciz və köməyə ehtiyaclı olaraq görülür.Bu isə Rəbbimizin rəhmətindən işarə olsa gərək ki…

Share 

Şərh əlavə et

You need to be a member of Azerbaijan Community Online Network to add comments!

Join this social network

2 Comments

Gunay Comment by Gunay on February 2, 2009 at 1:25pm
Salam. Yazınızı oxudum. Tebrik edirem.
Əmr edirik,xahiş edirik,fikirlərimizi paylaşırıq,hislərimizi ifadə edirik,dərdimizi danışıb, sevincimizlə sevindiririk.Bir sözlə biz danışırıq.Bəli danışırıq.Danışıq dili..
Birindən dünyada ən acı və ən şirin şeyin nə olduğunu soruşublar, hər ikisində də dil deyə cavab verib. Elə söz işlədirik ki, bəzən uzun zaman kimlərinsə yaddaşlarında qalır, onları incidir. Ola bilir də ki, şirin bir söz ilə bir insanın könlünü alırıq.
Rəbbimizin bizlərə bəxş etdiyi ən gözəl nemətlərdən biri - kaş ki, bu dili hər zaman yerində və lazım olunca işlədə bilsək!
Belə bir məsəl də var bütün yaralar sağalar, dil yarası əlsa.
Abdulxaliq Memmedli Qafaroglu Comment by Abdulxaliq Memmedli Qafaroglu on February 1, 2009 at 12:32am
salam dostlar.Sizlere növbeti cızma qaramı gönderdim.Ümid edirem ki Ruhi mübarizemiz adlı yazı ile başlayıb bu yazı ile davam zincir daha da uzanar...
Oxuyanlara teşekkürler

About

Admin Admin created this social network on Ning.

Create your own social network!

Reklam

Hava

Təqvim

© 2009   Created by Admin on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!