OYANIŞ
Bəlkə də son olar mənim bu yazım,
Bəlkə də kəsilər indi avazım.
Bəlkə də danışmaq günahdır mənə,
Sığındım ya Rəbbim rəhmət kölgənə.
Bəlkə də son misra,bəlkə də son söz,
Qələm isyan etmə!
Birazca da döz!
Döz ki hələ O’nun ismi Cəlilin,
Günəşin səhərlər doğduğu yerə,
Nuruyla hər yanı boğduğu yerə,
Apara bilmədim,
Susdum,dinmədim.
Al məni yanına,al məni Rəbbim,
Sındı ümidlərim,büküldü qəddim.
Al məni yanına,
Al məni indi,
Al ki hicranından,hislərim dindi.
Xəyanət eylədim əmanətinə,
Güvənərək sənin sonsuz Rəhmətinə ,
Sonu görünməyən sədaqətinə.
Rəhavətə düşdüm,günaha girdim,
Bir addım irəli getmək istərkən,
Bəlkə də durmadan geriləyirdim.
Bilməmişəm Rəbbim,etmişəm günah,
Bu nədir?Açıldı deyəsən sabah.
Başım kağız üstdə,qələm əlimdə,
Yuxuya getmişəm duam dilimdə.
Şükür ki oyandım həmən röyadan,
Anidən səs gəldi sanki səmadan.
Oyatdın dəhşətli yuxudan məni,
Hiss ətdim üstümdə rəhmət kölgəni.
Əgər olmasaydı sənin Rəhmətin,
Sonu görünməyən o sədaqətin.
Nə edə bilərdi abdulxaliqin?
Sən mənim Xaliqim,mən qapı qulun,
İzin ver ya Rəbbim,sən rıza eylə,
Qulugunda keçsin bu həyat yolum.

Share 

Şərh əlavə et

You need to be a member of Azerbaijan Community Online Network to add comments!

Join this social network

About

Admin Admin created this social network on Ning.

Create your own social network!

Reklam

Hava

Təqvim

© 2009   Created by Admin on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!