Qəzet (1)
Tehranın “Kayhan” qəzetinin şərhçisinin şahın heykəllərini yıxan şəxslə müsahibəsi.
- Qulam, siz ərazinizdə heykəlləri devirən bir şəxs kimi şöhrət tapmısınız, hətta sizi bu işdə veteran da hesab edirlər.
- Bu doğrudur. Əvvəlcə 41-ci ildə taxtını tərk etmiş qoca şahın və ya Məhəmməd Rzanın heykəllərini yıxırdım. Yadımdadı, qoca şahın taxtan əl çəkməsi xəbəri ilə əlaqədar şəhərdə kütləvi şənlənmələr vardı. Həmən, cammat heykəllətin yıxılmasına başladı. Mən o vaxt gənc idim və bu işdə atama kömək edirdim, qonşularımızla birlikdə Rza şahın məhləmizdəki heykəlini yıxdıq. Bu mənim ilk təcrübəm idi.
- Buna görə sizi təqib ediblər?
- O vaxtlar xeyr. O zaman elə bir vaxtlar idi ki, köhnə şahın getməsindən sonra bir müddət azadlıq mövcud idi. Gənc şah güc tətbiq etmirdi. Bu halda bizi kim təqib edə bilərdi axı? Hamı monarxiyaya qarşı idi. Şahı yalnız hərbiçilər və amerikalılar dəstəkləyirdi, sonra onlar onu devirdilər, bizim Mossadexi həbs etdilər, onun adamlarını və kommunistləri güllələdilər.
- 1953-cü ili xatırlayırsınız?
- Əlbətdə xatırlayıram, ax bu ən mühüm il idi, dü dövrdə demokratiya sona yetdi və şah rejimi yenidən başlandı. Hər halda, şahın Avropaya qaçması barədə məlumatın radioda yaylmlanması xatırımdadır, bunu eşidən camaat küçələrə çıxaraq heykəlləri endirməyə başladılar. Qeyd etməliyəm ki, gənc şah hakimiyyətinin başlanğıcından həm özünün həm də atasının heykəllərini ucaltmağa başlamışdı və bu zaman ərzində heykəllərin sayı kifayət qədər idi. O vaxta qədər atam artıq dünyasına dəyişmişdir, mən isə artıq böyümüşdüm və ilk dəfə heykəlləri müstəqil olaraq dağıdırdım.
- Və siz qarşınıza çıxan bütün heykəlləri dağıdırdınız?
- Bəli, təmiz işləyirdim. Şah devrilişdən sonra ölkəyə qayıtdıqda Pəhləvi sülaləsinə aid salamat heykəl qalmamışdı. Bundan sonra şah həm üzünün həm də atasının yeni heykəllərini ucaltmağa başladı.
- Belə çıxır ki, siz məhv edirdiniz, o isə yenidən bərpa edirdi, onun bərpa etdiklərini isə sizlər yenidən dağıdırdınız, beləcə sonsuzluğa qədər?
- Əslində durum elə belə də idi. Sizə deyim ki, ruhdan düşmüşdük. Tərəfimizdən uçurdulmuş heykəlin əvəzinə o üç heykəl ucaldırdı, üç heykəl əvəzinə isə birdən-birə on heykəl quraşdırılırdı. Bunun axırı görsənmirdi.
- Bəs 53-dən sonra heykəllərin dağıdılmasına yenidən cəhd göstərdinizmi?
- Biz bunu yenidən 63-də şahın Xomeynini həbs etdiyi vaxt etmək istəyirdik. Amma şah elə qalmaqal törətdi ki, bizim nə isə dağıtmağa imkanımız olmad və nəticədə kəndirləri gizlətmək məcburiyyətində qaldıq.
- Belə başa düşmək olar ki, bu məqsədlə sizin xüsusi kəndirləriniz vardı?
- Bəs necə! Biz möhkəm kəndirləri bazarda ip tacirlərinin yanında gizlədirdik. Məsələ ciddi idi: əgər polis bizim izimizə düşsəydi, bizi divara diriyərdilər. Lakin bu hal üçün də hazırlıqlı idik, bütün detallar qabaqcadan düşünülmüş idi. Sonuncu 1979-cu il inqilabı dövründə bəla da ondan ibarət idi ki, heykəllərin aşırdılması ilə naşılar məşğul oldu və nəticədə də bir çox bədbəxt hadisələr baş verdi, insanlar heykəlləri öz başlarına uçurdurdular. Heykəli aşırmaq o qədər də asan deyil, bu iş səriştəli yanaşma və təcrübə tələb edir. Monumentin hansı materialdan hazırlandığını, çəkisini, hündürlüyünü bilmək lazımdır, hissələrin qaynaq olunduğu və ya sementlə bərkidildiyi müəyyən olunmalıdır ki, kəndirin haradan keçirilməsini və heykəli hara əymək lazım olduğunu müəyyən edəsən. Biz bunları artıq şaha yeni heykəl qoyulduğu anda düşünürdük. Bu konstruksiya ilə daha yaxından tanış olmaq üçün ən uyğun vaxt idi, bütöv töküm və ya hissələrdən ibarət olması və ya heykəlin altlığa birləşməsi, altlığın yerə otuzdurulmasını bilmək vacib idi.
- Sizin buna çox vaxtınız gedib?
- Lap çox. Bilirsiz, son vaxtlar şahın özünə qoyduğu heykəllər daha böyük idi. Meydanlarda, küçələrdə, vağzallarda, küçə boyu – hər yerdə heykəllər quraşdırılırdı. Axı digərləri də heykəl sifariş edirdilər. Buna görə də çoxlu sayda qeyri-peşəkar heykəllər mövcud idi və vaxt gəldikdə bunları yerə yıxmaqda çətinliklə üzləşmədik. Amma etiraf etməliyəm ki, bu qədər heykəllə bacara biləcəyimizə hərdən tərəddüd ilə yanaşırdım. Axı onların sayı yüzlərlə idi. Biz həqiqətən də yorulmadan çalışırdıq. Kəndir dartmaqdan əllərimi suluq və qabar bağlamışdı.
-Yaman əziyyət çəkmisiniz. Sizin, Qulam, maraqlı işiniz var.
- Bu iş yox, bu mənim borcum idi. Şahın heykəllərini çökdürürdüyümlə fəxr edirəm. Düşünürəm ki, bu işdə əli olanlar da fəxr hissi keçirirlər. Bizim əllərimizin əməyini hamı görə bilər: bütün heykəllərin altlıqları boşdur, şahın fiqurları darmadağın edilib, və ya naməlum yerlərdə atılıb qalıblar.
Tags:
Share
You need to be a member of Azerbaijan Community Online Network to add comments!
Join this social network