Körpə ana bətnində keçirdiyi zaman dilimində öz zərifliyi və bir o qədər də zəifliyi ilə bilinir.Anasının qəbul etdiyi qidalarla qidalanır.O dərəcədə aciz və zəifdir ki,doğum anında belə özü özlüyündə ana bətnini tərk edə bilmir.Bir həkim nəzarəti və köməyinə möhtac olur.Əslində körpənin bu acizliyində elə dəyərli bir hikmət gizlidir ki,insanı lap həyrətə gətirər.Düşünək ki körpə doğulduğu anda çox qüvvətli,öz ehtiyaclarını qarşılaya biləcək dərəcədədir.O zaman körpənin bu qüvvəti,onu istifadə edə biləcəyini qavrayana qədər lazımsız olacaqdı.Eyni zamanda köməyə ehtiyacı olmadığını əks etdirən görünüşə sahib olacağından,bəlkə də ana şəfqətini və mərhəmətini də itirə bilərdi.Bu isə körpənin aclıq və səfalət içərisində məhv olub gətməsi nəticəsini gətirib çıxarardı.Dəmək ki körpənin doğulmadan öncə olan zəifliyi,acizliyi əslində yaradıcılığı sonsuz dərəcədə qüsursuz olan Rəbbimizin körpəyə Rəhmətindən bir işarədir.
Təkcə ana bətnində deyil,eyni zamanda dünyaya göz açdıqdan sonra da öz ehtiyaclarımızı öz özlüyümüzde qarşılaya bilmirik.Həyatımızın istənilən yaş aralığında valideyinlərimizin köməyinə və dəstəyinə ehtiyacımız olur.Zamanla iməkləməyi,ətrafımızdaki cisimlərdən tutub ayağa qalxmağı,sonrasında isə yeriməyi öyrənirik.Həyatımızda bizə lazım olacaq keyfiyyətlərin çoxunu təlim tərbiyə ilə öyrənirik.Bəs təlim təbiyəni bizə kim verir?ilk ağlımıza gələcək cavab,valideyinlərimiz və bizlərə valideyn qədər əziz olan müəllimlərimizdir.İlk tərbiyəmizi onlardan alırıq.Bəzən onların bizə vərdiyi təlim tərbiyə və qarşılığında bizdən tələb etdikləri ilə,bizim həyatdan gözlədiklərimiz üst üstə düşmür.Elə bu səbəbdən də ruhi mübarizəmiz başlayır.Arxasınca getməyimizi istədikləri yol bizə xoşbəxtlik gətirmir,amma bizim istədiyimiz və səçdiyimiz yolla irəliləmək üçün də ehtiyacımız olan köməyi onlardan görmədiyimiz anlar olur.Bu da cəmiyətdə,yaşadığı həyat boyunca ruhi mübarizədə olduğu üçün nə özləri üçün nə də başqaları üçün yararlı işlər görmədən həyatını tamamlayan insanlarla rastlaşmağımızın ən başlıca səbəblərindəndir.
Cəmiyyətin hər gün bir az daha böyüyən probləminə səbəb olan bu ruhi mübarizədən qurtulmağın yəganə yolu, uşaqlarımıza, sahib olduqları gizli qabiliyyətlərini kəşf ətmək və həyat boyu həzz alacaqları ixtisasları seçə bilmək imkanı vərməkdir.Onlara həkim,müəllim və ya sürücü olmağı deyil,öz qabiliyyətləri çərçivəsində bir ixtisasa sahib olmağı məsləhət görməliyik.Bu həm valideyinlərin həm də müəllimlərin,cəmiyətimizin gələcək təminatçıları olan uşaqları həyata hazırlamaq yolunda ən başlıca şüarları olmalıdır.
Bugünün körpəsi bizim sabahımızdır.Əgər gələcəyimizi təminat altına almağı və körpələrimizin daha sağlam mühitdə yaşamağını istəyiriksə,onları ruhi mübarizənin içinə atmadan tərbiyə ədək.Onlara öz istəklərini ifadə edə bilmək imkanı tanıyaq.Həyatın mübarizəsindən qaçmağı dəyil,necə mübarizə etməyi öyrdək.Unutmayaq ki,yaşamaq sadəcə nəfəs almaq dəyil.Yaşamaq həyatı hiss etməkdir.Ən çox yaşayanlar ən çox il ötürmüş olanlar deyil,həyatı hiss edərək yaşayanlardır.
Hörmetle sizin Qafaroğlu
Sənin yaradıcılıq təfəkkürünün zənginliyinə və bunun gələcəkdə daha mükəmməl olmasına mənimi zərrə qədər də şüphəm yoxdur. Hər bir yaş dövrünün özünün baxışları və təzahürü var. Buna görə də istərdim ki, ədəbi təkamülün daha sistemli şəkildə getsin.
Günay xanım çox gözel fikirler bildirmisiniz.Bu yaxınlarda yeni yazımı tamamlayıram.İnşallah blog umda uşağın kiçiklikden böyüklüye qeder olan her zaman dilimini yazmaq isteyirem...Sizin de fikirleriniz ve reyleriniz cox maraqlıdır ...
Deyilən fikirlərə qatılıram. Əlavə etmək istədiyim bir şey var. Uşağa nəyin düz. nəyin yalnış olduğunu başa salmaq lazımdır. Yəni uşağın hər hansı bir istəyinin səhv olduğunu deməklə üstündən keçmək yox, niyə səhv olduğunu göstərmək daha düzgün olar. Hər xətasında danlamadan dinləməyi bacarmalıyıq.
Rüfet ve TG her ikinize öz fikirlerinizi paylaşdığınız üçün teşekkür edirem.Men kiçikliyimden beri nese yazmağı şer ve.s çox sevmişem.Müellim olmaq da en böyük arzum olub.İnsanlar hemişe menim maraq dairem içinde olublar.Müellimlik fakultesine qebul olandan sonra içimdeki yazmaq isteyi bir az da biruze verdi.Bu bolgda yerleşdirdiyim yazılar da eger anama ad gününde yazdığım yazını çıxsam menim demek olar ki ilk yazılarımdır.yazılarım ola bilsin ki indi szlei qane etmir.Amma ki gelecekde daha gözel yazılar yaza bileceyim düşüncsiyle davam edirem yazmağa.İnşallah daha gözel yazılar olar.Sİzlerle de paylaşaram...
yene teşekkür edirem
Meqale aktual olduqu uchun diskusiya aparanlarin fikirleride muxteli olachaq.
Menim bu barede oz fikrim var.
Biz ushaqlarimizi terbiye almasi uchun sherait yaradiriq ,amma terbiyyeni ona chemiyyet verir.
Rufetin dedikleri chox aktualdir. Bu sebebdende bzim uzerimize dushen - sadeche onalara terdiye verilechek mekanlarin en yaxshisini sechmek ve daim onlari kontrolda saxlamaqdir.
Ushaqla chox vaxt kechiren valideyinlerin ovladina kelechekde tesir quvveside chox olur. Bu prosesi oz axarina buraxmaq da duz olmaz. Onlar kovrekdi istedikleri vermek olar, amma istiqametledirmekde pis olmaz.
Menim bu qunler bir meqale diqqetimi chekdi. Efsuslar link ede bilmirem, chunki oxuyan kimi ustunden kechdim:
Dunyada bash veren kriziz bir chox avropa ve amerika shirketlerini oz ishchilerini evde saxlamaqa ve evden ishrini idare etmeye sherait yaratdi. Bu hem vaxta hemde finansa qenaet demekdir. Eksperlerin arashdirmalarina esasen, evde olan valideyin ve ishe qeden valideyinin ovladina ayirdiqi vaxt chox olduqu uchun ovladininda terbiyesi ve dunya qorunushunde ustunluk, valideyinleri ishe qeden ushaqlardan qat-qat choxdur.
Sadeche ovladima chox vaxt ayirmaliyam - desek pis olmaz1
Məqaləyə görə sağ ol. Bilirsən, mən də övladlarım dünyaya gəlməmişə qədər təxminən sənin kimi düşünürdüm; yəni çocuklara seçim azadlığının verilməsi və s. Lakin zaman-zaman bunu təkcə valideynlərin deyil, eyni zamanda onu əhatə edən digər insanların və xüsusilə də müəllimələrin nə dərəcə mühüm əhəmiyyət daşıdığının şahidi olursan. Əgər mən öz oğlumu gün ərzində toplam 3-4 saat görürəmsə, bağçadakı müəlliməsi və ya oradakı həmyaşıdları ilə daha çox ünsiyyətdə olur ki, bu da uşaqda birtərəfli olmayan inkişafa gətirir. Burada digər faktorlar: cəmiyyət, televizor, kitablar, oyuncaqlar və s. nəzərə alınmalıdır.
You need to be a member of Azerbaijan Community Online Network to add comments!
Join this social network