Bir naxış düzürsən parçanın üstünə.Hər butasında quşların oxudugu,günəşin durmadan parıldadığı,buludların küləklərlə yarışdığı,güllərin öz ətrini
saçdığı bir naxış.Elə bir naxışdır ki,sən özün varsan o naxışın içində.Həyatın,niyətlərin, əməllərin,və duaların təzahür edir parçanın üzərində.Rəngarəng bir naxış….
Elində bir iynə durmadan parçanın bağrına batır.Hər an yeni bir ilmə,yəni bir naxış,yeni bir buta.Günəşi sarı,buludları mavi,gecəsi simsiyah,səhəri bəmbəyaz bir
parça.
Aman ALLAHım…Bu nədir?Bir qara ip saplandı parçaya..Parça isyan etti,günəş hərarətin artırdı,buludlar ağladı,quşlar oxumaz oldu.Hardan çıxdı bu qara ip?
Axı iynənin ipləri göyqurşağından alınmışdı.Yoxdur göyqurşağında qara reng.Yox…yox…yox…Bu bizi aldadan,nefsimizi oxşayan şeytanın ipləridir..Niyyəti kimi
qara iplər..
Üzüldün,küsdün özündən ve ümidsizliyə düşdün.Ümidlerin bitdiyi ,qaranlığın naxışlara hücum etdiyi o anda,Rəhmanın sonsuz rəhməti yetişdi imdadına.Göz
yaşların.Səccadənə tökülən göz yaşların.Nur damlaları kimi töküldülər parçadaki naxışların üstünə.Naxışa zərər verən qara ipləri yox etməyə başladılar..Bu göz
yaşlarını görənlər ‘ya sevinc ya kədər gösyaşlarıdır’ dedilər.Amma görmədilər ve bilmədilər ki,bu göz yaşları Rəhmanın rəhməti üçün tökülən göz yaşları idi.Həyatını
qanadlandıran,şaha qaldıran,parçaya yeni rənglər qatan parçanın bağrındaki qara ilmələri,günahları söküb atan göz yaşları…
Gözlərin yoruldu..Əlin dönməz oldu.İynə batmaz oldu.O son naxışa yönəldi nəzərlərin.Bir də o iynəni əlinden alana.Parçadaki son ilmə,o naxışa son baxış,son
düyün… Ölüm…Həyatın mənasını anlaya bilməyənlərin ve yaxud anlamaq istəməyənlərin özlərinə yaraşdıra bilmədikleri ölüm..Son düyünü atan mələk Ezrail(a.s)a
təslim edilən can…
İynə əlinden alındı.Anidən parça üzərine toxuduğun bütün naxışlar gözünün önünə gəldi.Bütün həyatın,bəzən yaşıl,bəzən qırmızı,bəzən də göy rənglə boyanan
həyatın keçdi gözlərinin önündən..Göylərə bir nərdivan dayayıb çıxmağa başladın.Artıq parçanı daha üstdən görürdün..Görürdün ki,çoxlarının sonunda məzar ve
torpaq altında çürüyüb getmək olaraq gördükləri parçanın əslinde sonu yoxmuş..Gördüyümüz,üzərine naxışlar toxudugumuz bu parça, əslinde sonsuz bir parçanın
qırağı,həqiqi mənada bir kiçik parçasıymış..Toxuduğun hər bir naxış səni ruhlar üstü aləmə aparirmış.Esl Sənətkarın,sənə naxış toxumağı öyrədən ALLAHın hüzuruna.
Əsl naxışlar onun hüzurunda,parçanın məzar hissəsindən sonrasında toxunurmuş.
Ey insan!Sonsuz bir parça var önündə..Elinde də bir iynə…Çalış elə naxışlar toxuyasan ki sonda o parçanı ALLAHın hüzuruna aparanda parçada qara iplər,
günahlar qalmasın..Parçanın hər tərəfi rəngarəng olsun..Səccadənə tökülən göz yaşların bütün qaralıqları silsin parçandan..
Qafaroglunun son sözü budur sənə..Unudma ki ,ele bir an vardır ki,o anda əlin dönmez,iynə batmaz,zaman durmaz..Yalnız O qalar geriyə..Allah…Ya Baki əntəl Baki……

Share 

Şərh əlavə et

You need to be a member of Azerbaijan Community Online Network to add comments!

Join this social network

About

Admin Admin created this social network on Ning.

Create your own social network!

Reklam

Hava

Təqvim

© 2009   Created by Admin on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!