Bu gün çox düşüncəli idi.Yenə hər səhər olduğu kimi dəniz kənarına gəlib yorğun baxışlarla vəfalı dostu dənizi izləyirdi..Nəzərləri dalğalarla rəqs edirdi sanki.Dəniz kənarında hər şey ona doğma gəlirdi.Hər səhər olduğu kimi balıqçılar yenə öz qayıqları ile dənizə açılırdılar...Dalğalar hər səhər olduğu kimi günəş şüalarını əksetdirirdi.Ləpələr hər biri öz-özlüyündə günəş rolu oynayırdılar.Bu gözəl mənzərəni hər gün görürdü,ancaq bugün bir başqa baxışlarla baxırdı olub bitənlərə.Dənizi izlədikcə bir tərəfdən də həyatını göz önündən keçirirdi....
Bir xristian ailəsinde doğulmuşdu,amma dolğun yaşa çatdıqdan sonra ailəsinin mənsub olduğu din ona heç də iç rahatlığı vermirdi.İçinde bir dərin boşluq olduğunu düşünürdü.Her fürsət tapdıqca kitabxanaları gəzir beş səmavi dinin kitabları ile maraqlanırdı..Bir gün yenə kitabxanada idi.Gözünə azərbaycan dilinə tərcümə olunmuş bir Quran-i Kərim kitabı sataşdı.Kitabı əlinə alıb bir göz gəzdirdi..Açdığı səhifənin başında suratül Rəhman yazılırdı..Oxumağa başladı..19-cu 20-ci ayələri oxuyanda üzü gülümsəməyə başladı..Bu ayələr onun dostundan bəhs edirdi..Ayədə belə deyilirdi ''Bir-biri ile qovuşmaları üçün iki dənizi bir-birinə qarışdırdıq.Bu iki dəniz arasında bir əngəl vardır..Bir-birinin sərhəddini keçə bilməzlər''..Bu ayələri oxuduqdan sonra çox heyrətlənmişdi..Çünki həqiqətən də bir coğrafi araşdırmada məşhur dəniz səyyahı Jacque Cousteau Cəbəllütariq boğazında birləşən Atlantik okeanı ile Ağdənizin sularının bir-birrindən fərqli özəlliklərə sahib olmasını sübut etdi..Hətda o bu dənizlərin suyunun fərqli olduğu üçün onlarda olan canlı növlərinin də fərqli olduğunu sübut etmişdi...Bu coğrafi faktları xatırladıqdan sonra heyrəti birden ona artmışdı...Nece ola bilərdi ki Qurani Kərimde 1400 il bundan əvvəl bu gerçək bu qədər apaçıq bir vəziyyətdə ortaya qoyulsun.?

Kitabxanadan ayrıldığı gün evinə getdi...Hələ də heyrəti davam edirdi...Amma əvvəllər içinde hiss etdiyi boşluq sanki bugün tamamiylə yox olmuşdu..Səhər açılan kimi ilk işi məscide gedib müsəlmanlığı qəbul etmək olmuşdu...Məscidin imamının ağzından çıxan Kəlimeyi Şəhadəti təkrar etdikcə ifade etdiyi ərəbcə kəlimələrin həzzini iliklərinə qədər duyurdu....

İndi dənizi izəlyə izləyə düşünürdü ki bir zamanlar ona sevimli dost olan dəniz,indi onun Yaradanıyla arasında bir körpü rolu oynayırdı...Dodaqlarının arasından bu kəlimələr süzülürdü..
Ah dənizim,dənizim!...
Sən illərdir çağlayıb mənə bir ilahi sirrdən bəhs edərkən,mən sənin ləpələrinin dilindən anlamamışam....
Ah dənizim,dənizim! Mənim vəfalı dostum....

Hörmetle Qafaroğlu

Share 

Şərh əlavə et

You need to be a member of Azerbaijan Community Online Network to add comments!

Join this social network

Rüfət Comment by Rüfət on October 7, 2008 at 9:57am
Quranda “dəniz” (“su”) sözü 32 dəfə “yer” (“torpaq”) sözü isə 13 dəfə istifadə olunub.

Bunların cəmi 45 edir (32+13).

Əgər isitfadə edilmiş “dəniz” sözünün sayını “dəniz” və “torpaq” sözlərinin cəminə bölüb bu rəqəmi yenidən 100-ə vursaq:

32 / 45 x 100 = 71.11111111111%

Eyni zamanda isitfadə edilmiş “torpaq” sözünün sayını “dəniz” və “torpaq” sözlərinin cəminə bölüb bu rəqəmi yenidən 100-ə vursaq:

13 / 45 x 100 = 28.88888888889 %

Nəticədə Yer planetində su ilə qurunun nisbətini almış olarıq:

71.11111111111% (su)
28.88888888889 % (quru)

http://www.answering-christianity.com/fakir60/occurence_of_some_words_in_the_q.htm

About

Admin Admin created this social network on Ning.

Reklam

Hava

Təqvim

© 2009   Created by Admin on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!