Əzizə Mustafazadənin dünənki konserti məndə xüsusi bir təəssürat oyatdı. Keçən il "Baku Jazz"a gələndə onu dinləmək imkanım olmamışdı. Amma bu dəfə yaxşı ki, oldu.

Açığı onun bu dövr ərzində musiqi ilə bu cür fəal məşğul olmağını bilmirdim. Mühacirətdə olduğundan səsi-sorağı buralara az-az gəlirid. Rəsmi saytında göstərilmiş albomların sayı 10-dur. Bu dəfə Bakıya müşayətçi bas gitaraçı və zərb alətlərində ifa edən iki avropalı ilə gəlmişdir. Özünün dediyinə görə bu trionun adı hələ tam müəyyən olunmayıb.

Möhtəşəm ifa, möhtəşəm vokal və möhtəşəm musiqi -- bütün bunlar Əzizədə əks olunub. "Odun rəqsi" (Dance of Fire), "Şaman","Oxuyan təbiət" (Singing Nature) əsərləri həm milli həm də dünyəvi çalarlarına görə eksentrikdir.

Üzdən iraqlar Jivan Gasparyanı bizim milli balabanımız hesabına az qala bütün dünya musiqiçilərinin repertuarına salıblar. Gəlin biz də Əzizənin əzizləyək, ona dünya karyerası etməkdə köməklik edək.

Share 

Şərh əlavə et

You need to be a member of Azerbaijan Community Online Network to add comments!

Join this social network

TG Comment by TG on December 23, 2008 at 7:30pm
yerli muqennilerin konsertinin pulunu chox hallarda sponsorlar verir, kutlede maraq olsun deye biletlerininde qiymetini ashaqi etmek olar.
KOnkret Azize meselesinde ise, adam atasinin ildonumune qelmishdi onunda pulunun bir hissesini medeniyyet turizm nazirliyi qarshiliya bilerdi.
xarichi muqennilere qeldikde ise, onlarin ekseryeti (kimki vesdi muqennilerdi) dunya miqyasli radiostansiyalar ve prodashin studiyalar terefinden devet alirlar dunya turnesi cherchivesinde.
onlarin qelirleri diqer menbelerdendir.
fikir versezde onlar yalniz konsert vermek uchun qeche qelib seherde qaydillar.

Isteseler tenzimlemek olar!

kasibin ushaqi Azizeni hemishe TV qorechek,zenqinin ovladi ise bilet 1 manatda olsa 1000 manatda olsa onu ona alachaqlar! Maral budur burda!!!
Rüfət Comment by Rüfət on December 23, 2008 at 11:12am
Adi bir müqayisə: əgər bu gün hansısa müğənni və ya qrup istənilən yerli toya oxumağa dəvət olunursa, bu o deməkdir ki, onun pulunu toya gələn insanlar yox, toy yiyəsi özü ödəyir. Saraydakı konsertlər də elədir. Yerli müğənnilər biletlərin qiymətini aşağı etmirlər, dəvət olunmuş xaricilər isə zala gələnlərin sayından asılı olmayaraq dəvət edənlərə bəlli bir məbləq deyirlər. Əksər hallarda bu məsələ sponsorlar və ya digər subsidiyalar hesabına olunur.
TG Comment by TG on December 23, 2008 at 10:12am
her bir hesab riyazi ve ya mentiqi esasa malik olur.
ne uchun aqilsizliq? sebeb?
Rüfət Comment by Rüfət on December 22, 2008 at 11:51am
Ümumiyyətlə mən belə başa düşdüm ki, sarayda biletlərin qiyməti ucuz olmayacaq. Kütlənin cibinin biletin qiymətinə olan nisbətini hesablamaq isə ağılsızlıq olardı.
TG Comment by TG on December 22, 2008 at 10:04am
Biletler deyesen bir balacha baha olub axi:))))
Kutlenin chibine uyqun olmadi!
Achiqi, deyiller konsert super olub, biletlerin qiymetinden xeberi olana var???
Bu qiza saqliqinda qiymet verib saqliqinda destek olmaq lazmdir! Biz bir defe Mustafazadelere qarshi bu haqsizliqi etmishik!!!

Amma kim olubsa olda

About

Admin Admin created this social network on Ning.

Reklam

Hava

Təqvim

© 2009   Created by Admin on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!